Ramin Bayramlı virusun yenidən yayılması barədə danışdı"Mart ayının əvvəllərində 22 xəstəxananı koronavirusla mübarizə üçün ayırmışdıq. İyun-iyul aylarında ölkə ərazisində, xüsusilə Bakı şəhərində artım oldu.COVİD-19-la mübarizə üçün xəstəxanaların sayı 46-ya çatdırıldı". "Turaztv.az" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in sədri Ramin Bayramlı Abşeron İdman Olimpiya Kompleksinin modul tipli xəstəxanaya çevirilməsi üçün təşkil olunan açılış mərasimindən sonra deyib. O bildirib ki, bunlardan 10-u modul tipli xəstəxana idi: "Bundan başqa Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanası da istifadəyə verildi. 800 çarpayıdan ibarət xəstəxanada çarpayıların sayı daha 1200 ədəd artırılması nəzərdə tutulub. Modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik. İyun-iyul aylarında artım zamanı çarpayıların doluluq səviyyəsi bəzən Bakıda 85-88 faizə çatdı, rayonlarda isə 30 faizdən yuxarı olmayıb. Bunu nəzərə alaraq, əlavə müəssisələrin cəlb olunmasına başladıq. Lakin tətbiq olunan əks-pandemiya mübarizəsi və karantin şəraiti ilə sayın azalmasına nail olduq. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı və ölkəmizə cəlb olunan ekspertlər payız aylarına hazırlıq üçün tövsiyə verirlər. Bu bütün dünya ölkələrində aparılır. Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər və payız aylarında ehtimal olunan digər respirator infeksiyalar yayıla bilər. Buna hazır olmalıyıq. Bu gün ölkəmizdə yoluxma və ölüm sayını digər ölkələrlə müqayisə edə bilərsiz. Ölüm sayı təxminən 2 faizdir, yaş həddi isə orta hesabla 65-dir. Tibb müəssisələrinin vaxtında hazırlanması, adekvat tədbirlərin görülməsi, müalicə üsullarının hazırlanması xəstələrimizə kömək oldu. Bir az bundan öncə Çindən gələn nümayəndə, dünən isə İtaliyadan gələn nümayəndə heyəti ilə görüşmüşəm. Bizim əməkdaşlar onlarla çalışırlar. Bütün müalicə prosesləri və gələcək planlar barədə danışırıq. Ümid edirəm ki, bütün çarpayı fondumuzdan istifadə etməyəcəyik. Amma zərurət yaransa, istifadə oluna bilər. Abşeron İdman Kompleksində yaradılan modul tipli xəstəxana müasir standartlara cavab verir. Burada çalışacaq tibbi personal rahat işini görəcək. Azərbaycan azsaylı ölkələrdəndir ki, tibbi personal üçün nəqliyyat vasitələri ayırıb”.

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31