Xəbərlər
29.05.2026, 12:16
Q!IZBƏS QƏBƏLƏ : İLAHİ, DÜNYANI SALAMAT EYLƏ - FOTO
Elə gözəldir ki yaşamaq, həyat,
Onu qorxularla veririk bada.
Kaş dərdsiz olaydı gözəl kainat,
Nə ölüm olaydı, nə qan, nə qada.
Sanki təşvişdədir bu Yer kürəsi,
Hər yanda qəm, kədər, ölüm qorxusu.
Ey bu yerin - göyün, ərşin yiyəsi,
Qaçıbdır dünyanın şirin yuxusu.
İnsan insanlığa kəsilib qənim,
Axır selə dönüb ömürlər heçə.
Kabus - qorxu sarıb qəlbimi mənim,
Ondan can qurtarım, mən qaçım necə?
Xəstəlik, qəzalar, sellər, tufanlar,
Çəkir insanlığı cənginə yaman.
Güdaza gedirlər qurban nsanlar,
Görən fəlakətlər bitər nə zaman?
İlahi, dünyanı salamat eylə,
Qorxusuz yaşayaq bu dünyada biz.
Ömür yolumuzu sən rahat eylə,
Yenidən bağlanaq bu həyata biz.
Gözəl yaratmısan sən bu cahanı,
Yaşamaq həvəsi coşur ürəkdə.
Qoy dərddən yanmasın kimsənin canı,
Bir az aram olsun, gülsün ürək də.
Onu qorxularla veririk bada.
Kaş dərdsiz olaydı gözəl kainat,
Nə ölüm olaydı, nə qan, nə qada.
Sanki təşvişdədir bu Yer kürəsi,
Hər yanda qəm, kədər, ölüm qorxusu.
Ey bu yerin - göyün, ərşin yiyəsi,
Qaçıbdır dünyanın şirin yuxusu.
İnsan insanlığa kəsilib qənim,
Axır selə dönüb ömürlər heçə.
Kabus - qorxu sarıb qəlbimi mənim,
Ondan can qurtarım, mən qaçım necə?
Xəstəlik, qəzalar, sellər, tufanlar,
Çəkir insanlığı cənginə yaman.
Güdaza gedirlər qurban nsanlar,
Görən fəlakətlər bitər nə zaman?
İlahi, dünyanı salamat eylə,
Qorxusuz yaşayaq bu dünyada biz.
Ömür yolumuzu sən rahat eylə,
Yenidən bağlanaq bu həyata biz.
Gözəl yaratmısan sən bu cahanı,
Yaşamaq həvəsi coşur ürəkdə.
Qoy dərddən yanmasın kimsənin canı,
Bir az aram olsun, gülsün ürək də.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













