Xəbərlər
23.05.2026, 12:37
SEVİNC YUNUSLU : Yollarını ömrümə gəldiyin vaxtdan salıb - FOTO
Qayıt, hər günahına qurban olduğum, qayıt
Qoyma ağıl oğrayan oğrular sənin olsun.
Sənə sayılan yalan səni inandırdısa -
Sol yanımda çəkdiyim ağrılar qənim olsun.
Daşıtma bir ömürlük etmədiyim günahı,
Bunun sirat körpüsü, bunun o dünyası var.
Kəsib unutmaq asan, qırıb atmaq iş deyil,
Ayrılığın da axı ağrılı sonrası var.
Bütün günah yumalar, qoy sonralıqda qalsın
Əllərində əriyim, qollarında təngiyim.
Mənim çıxdığım yolun sonu sən olmadınsa
Nəfəsimə son verim, yaşamağı tərgiyim.
Həsrətinə dözülmür, həsrətimə dözümlüm
Ölüm olsa dönəcəm, Tanrını taxtdan salıb.
Bütün bəd ayrılıqlar, qara gözü hüzünlüm,
Yollarını ömrümə gəldiyin vaxtdan salıb.
Mən hansı sərhədləri sənə qədər aşmışam.
Kölgəsində saçını bir zamanlar öpdüyüm
ağacdan asılmışam.
Dönüb, ölümdən dönüb, qollarına qoşmuşam,
Gözlərinin içində qızıl dan itirdiyim,
Bu ilk savaş deyil ki, belə qan itirdiyim -
Bilirsən ki, dönəcəm, Tanrını taxtdan salıb..

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay