Turaztv.az » Xəbərlər » Şəhid Rəşadət Piriyevlə vida mərasimi keçirildi - FOTOLAR
Xəbərlər

Şəhid Rəşadət Piriyevlə vida mərasimi keçirildi - FOTOLAR

22.05.2026, 12:37 115
Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.

"Turaztv.az" "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.



Oxşar xəbərlər