Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi və “Arxeo” klubunun təşkilatçılığı ilə Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi, tarix elmləri namizədi, arxeoloq Fazil Lətif oğlu Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Muzeydə bir arxeoloqun mirası” adlı tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə açaraq, Fazil Osmanovun həyat və elmi fəaliyyəti, eləcə də muzeyin arxeoloji kolleksiyasının zənginləşdirilməsində göstərdiyi mühüm xidmətlər haqqında məruzə ilə çıxış edib.

Çıxış zamanı sözügedən alimin Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verdiyi zəngin arxeoloji materialların elmi və ekspozisiya əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev çıxış edərək, alimin Şirvan arxeoloji məktəbinin formalaşmasındakı rolundan və onunla bağlı xatirələrindən bəhs edib.

Tədbirdə həmçinin “Miras” İctimai Birliyinin sədri, t.ü.f.d., dosent Fariz Xəlilli Fazil Osmanovun elmi irsinin ictimai əhəmiyyətindən danışıb, Numizmatika fondunun böyük elmi işçisi, t.ü.f.d., dosent Aygün Məmmədova isə “Muzeydə qorunan mühüm numizmatik tapıntı: Nüydi sikkə dəfinəsi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin xatirə hissəsində Fazil Osmanovun oğlu Lətif Osmanov alimin şəxsi keyfiyyətləri və elmi fəaliyyəti ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Daha sonra Fazil Osmanovun keçmiş tələbəsi, hazırda Muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin elmi işçisi Ləman Məmmədova söz alaraq, müəllimi haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.

Tədbirin sonunda Fazil Osmanovun Azərbaycan arxeologiya elminin inkişafında, xüsusilə Qafqaz Albaniyasının və Şirvan bölgəsinin antik dövr abidələrinin tədqiqində göstərdiyi xidmətlərin elmi əhəmiyyəti bir daha qeyd olunub, onun zəngin irsinin gələcək nəsillər üçün mühüm elmi mənbə olduğu vurğulanıb.


Son xəbərlər

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930