Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Heydər Əliyev adı Azərbaycan tarixində dövlətçilik, sabitlik, uzaqgörənlik, qətiyyət, milli maraqlara sədaqət və məsuliyyət anlayışları ilə bütöv bir sistem təşkil edir. O, mürəkkəb tarixi məqamlarda xalqın iradəsini dövlətçilik fəlsəfəsinə çevirə bilən nadir liderlərdən idi. Ümummilli Liderin idarəçilik məktəbi müstəqil dövlətin necə qurulmalı, necə qorunmalı və necə inkişaf etdirilməli olduğunu parlaq şəkildə göstərir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli maraqlara söykənən idarəçilik ənənəsi formalaşdırılıb. Ordu quruculuğu, iqtisadi islahatlar, hüquqi dövlətçilik prinsipləri, beynəlxalq nüfuz və dövlət müstəqilliyinin dönməzliyi təmin olunub.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Ümummilli Liderin ekoloji siyasəti” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir. Heydər Əliyev Azərbaycanın təbiətini, meşələrini, su ehtiyatlarını, bioloji müxtəlifliyini xalqın milli sərvəti kimi dəyərləndirirdi. 1970-ci illərin əvvəllərindən başlayaraq ölkənin təbii ehtiyatlarının qorunması, nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunması, reintroduksiyası, yeni yaşıl massivlərin və meşə zolaqlarının salınması geniş vüsət almışdı. 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair 8 mühüm qanun, həmçinin Azərbaycan KP MK və Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdu. 1977-ci ildə “Qırmızı kitab”ın təsis edilməsini də məhz həmin dövrün mühüm nailiyyətlərindən biri hesab etmək olar. Baş Mil-Muğan kollektorunun yenidən qurulması, Kür-Araz düzənliyində 280 min hektar sahənin əkinəyararlı vəziyyətə gətirilməsi, suvarılan sahələrin 270 min hektar artırılaraq 1,45 milyon hektara çatdırılması aparılan siyasətin miqyasını açıq göstərir.

Həmin illərdə Şirvan, Ağgöl, İsmayıllı qoruğunda və Bəsitçay çinar meşəsində təbiət incilərinin qorunması dövlət səviyyəsində təmin edilmişdi. 1969-1982-ci illərdə dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı. Bakı şəhərində adambaşına düşən yaşıl sahənin 1970-ci ildə 6,5 kvadratmetrdən 1975-ci ildə 17,5 kvadratmetrə çatdırılması Heydər Əliyevin yaşıllaşdırma siyasətinin real nəticələrindən idi.

Ulu Öndərin ekoloji baxışı şəhərsalma ilə birbaşa bağlı idi. Bakının, eləcə də digər şəhərlərimizin abadlaşdırılması, yaşıllaşdırılması, su təminatı, kanalizasiya, meliorasiya və nəqliyyat infrastrukturu ilə bağlı addımlar məhz bu baxışın tərkib hissəsi idi.

1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin bərpa olunması ekoloji və institusional siyasətin yenidən sistemli şəkildə qurulmasına imkan yaratdı. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması, biomüxtəlifliyin və ətraf mühitin qorunması sahəsində beynəlxalq konvensiyaların imzalanması və milli strategiyaların qəbulu bu kursun davamı oldu. Bu gün Azərbaycanın yaşıl enerji, ekoloji dayanıqlılıq və iqlim diplomatiyası sahəsində qazandığı uğurlar məhz həmin strateji xəttin üzərində yüksəlir. Ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsi də Azərbaycanın qlobal iqlim gündəliyində etibarlı tərəfdaş olduğunu təsdiqlədi.

Heydər Əliyev irsini daim öyrənmək, elmi baxımdan təhlil etmək, gənc nəslə çatdırmaq və həyatımızın müxtəlif sahələrində tətbiq etmək lazımdır. Dövlətçilikdə, elm və təhsildə, gənclər və qadın siyasətində, ekologiyada və şəhərsalmada Ulu Öndərin müəyyənləşdirdiyi yol bu gün də Azərbaycanı irəli aparan başlıca istiqamətlərdir. Bu yol həm tarixdir, həm məktəbdir, həm də gələcəyə aparan sağlam strateji xəritədir.

Anadan olmasının 103-cü ildönümündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri qarşısında baş əyirik. Əminik ki, Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ənənəsində və gələcək nəsillərin fəaliyyətində daim yaşayacaq.

Son xəbərlər

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930