ABŞ-da fəaliyyət göstərən Anthropic şirkəti maraqlı bir eksperiment keçirib. Təcrübə çərçivəsində süni intellektə insan adından pul xərcləmək və alış-veriş razılaşmaları bağlamaq imkanı verilib. Nəticələr göstərib ki, süni intellekt ticarət aparmağı bacarsa da, verdiyi qərarlar hər zaman məntiqə uyğun olmur.

Eksperiment üçün xüsusi olaraq “Project Deal” adlı virtual ticarət platforması yaradılıb. Burada süni intellekt agentləri şirkət əməkdaşlarını təmsil edərək onların adından məhsul alıb-sata biliblər. Ümumilikdə 69 əməkdaş təcrübədə iştirak edib və hər birinə 100 dollar büdcə ayrılıb. İştirakçılar satışa müxtəlif məhsullar – klaviatura, lampa, snoubord və tennis topları kimi əşyalar çıxarıblar.

Eksperiment zamanı Claude modeli əvvəlcə istifadəçilərlə “ünsiyyət quraraq” onların nə satmaq və nə almaq istədiyini, həmçinin qiymət gözləntilərini öyrənib. Daha sonra isə süni intellekt agentləri bir-biri ilə müstəqil şəkildə danışıqlar apararaq alqı-satqı razılaşmaları bağlayıblar.

Təcrübə ərzində 500-dən çox məhsul üzrə ümumilikdə 186 razılaşma həyata keçirilib. Şirkət bu nəticələrin süni intellektin gələcəkdə insanın rəqəmsal nümayəndəsi kimi marketpleyslərdə istifadə oluna biləcəyini göstərdiyini bildirib.

Bununla belə, nəticələr birmənalı olmayıb. İştirakçılar bağlanan razılaşmaların ədalətliliyini orta səviyyədə qiymətləndiriblər və bəzi qərarlar olduqca qəribə görünüb. Məsələn, süni intellekt agentlərindən biri satmalı olduğu eyni snoubordu yenidən özü alıb.

Şirkət nümayəndələri bildiriblər ki, bu hələlik tam formalaşmış biznes modeli deyil, daha çox eksperimental yanaşmadır. Bununla belə, nəticələr göstərir ki, gələcəkdə süni intellekt ticarət və maliyyə qərarlarının bir hissəsini öz üzərinə götürə bilər.

Ekspertlər isə diqqətə çatdırırlar ki, bu sahədə ciddi risklər də mövcuddur. Hazırda süni intellektin maliyyə əməliyyatları zamanı fəaliyyətini tənzimləyən aydın hüquqi mexanizmlər yoxdur və bu cür avtomatlaşdırma gələcəkdə həm istifadəçilər, həm də bazar üçün yeni problemlər yarada bilər.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930