
Xəbərlər
5.04.2026, 00:09
QIZBƏS QƏBƏLƏ : Yolun düşsə bu dünyaya birdə gəl - FOTO
YOLUN DÜŞSƏ BU DÜNYAYA BİR DƏ GƏL
(Tacir Şahmalıoğunun ifasında bu mahnını dinləyərkən bacım yadıma düşdü)
Sənsiz boş qalıbdır gözümdə hər yan,
Sən gedən yollara qurban olaram.
Dərddən xəstə oldu ürək, bədən, can,
Ay bacı, ayrılıq olmasın əngəl,
Yolun düşsə bu dünyaya bir də gəl.
Yadıma düşürsən, xırpalanıram,
Ayrılıq odunda necə yanıram,
Özümü çarəsiz, gücsüz sanıram,
Nə olar ayrılıq olmasın əngəl,
Yolun düşsə bu dünyaya bir də gəl.
Bax yenə yaz gəlir, açır çiçəklər,
Sevincdən, fərəhdən gülür ürəklər,
Mənim qəlbimdəsə əsir küləklər,
Nə olar ayrılıq olmasın əngəl,
Yolun düşsə bu dünyaya birdə gəl.
Sən gedən yollara qurban olaram.
Dərddən xəstə oldu ürək, bədən, can,
Ay bacı, ayrılıq olmasın əngəl,
Yolun düşsə bu dünyaya bir də gəl.
Yadıma düşürsən, xırpalanıram,
Ayrılıq odunda necə yanıram,
Özümü çarəsiz, gücsüz sanıram,
Nə olar ayrılıq olmasın əngəl,
Yolun düşsə bu dünyaya bir də gəl.
Bax yenə yaz gəlir, açır çiçəklər,
Sevincdən, fərəhdən gülür ürəklər,
Mənim qəlbimdəsə əsir küləklər,
Nə olar ayrılıq olmasın əngəl,
Yolun düşsə bu dünyaya birdə gəl.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



