Turaztv.az » Xəbərlər » Devid Gilmorun gitarası rekord qiymətə satıldı - FOTO
Xəbərlər

Devid Gilmorun gitarası rekord qiymətə satıldı - FOTO

15.03.2026, 20:23 103
"Pink Floyd" qrupunun lideri Devid Gilmora məxsus gitara "Christie's" hərrac evində 14,55 milyon dollara satılıb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, Bu barədə "The New York Times" nəşri məlumat yayıb. Alət indiyə qədər hərraca çıxarılan ən bahalı gitara kimi rekord qırıb.

Məlumata görə, musiqiçi 1970-ci ildə "Fender" şirkətinin "Fender Stratocaster" model gitarasını "Manny's Music" mağazasından alıb. Bu gitara 1972–1983-cü illər arasında qrupun bir çox konsertlərində istifadə olunub və "Pink Floyd"un altı albomunun yazılışında yer alıb.

Gitara bir müddət amerikalı sahibkar Cim İrsayın kolleksiyasında saxlanılıb. O, aləti 2019-cu ildə təxminən 5 milyon dollardan bir qədər artıq qiymətə almışdı.

Qeyd edək ki, bundan əvvəl hərracda satılmış ən bahalı gitara Kurt Kobeynə məxsus "Martin D-18E" modeli idi. "Nirvana" qrupunun solistinə aid həmin gitara 6,01 milyon dollara satılmışdı.

Oxşar xəbərlər