Tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən məşhur universitetləri sırasında yer alan ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MIT) doktorantura pilləsində təhsil alır.

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin kiçik oğlu Mete Namazov bildirib.

Qeyd edək ki, Abutalıb Namazov Massaçusets Texnologiyalar İnstitutunun kompüter elmləri ixtisasına 2020-ci ildə qəbul olunmuşdu.

Metenin sözlərinə görə, qardaşı Abutalıb Massaçusets Texnologiyalar İnstitutunun ilk azərbaycanlı doktorantıdır.

O deyib ki, ABŞ-da Abutalıba yüksək gəlirli iş təklif olunsa da, qardaşı təhsil almağa davam etməyi seçib:


“Ona sonuncu iş təklifində deyilən maaşı düşünəndə bir az fikrə gedirəm. Kasıblığın daşını atardıq. O gün yaxşı bir avtomobil də bəyənmişdim, alardıq... Amma mənim qardaşım elmi seçdi. Hazırda elə Massaçusets Texnologiyalar İnstitutunda doktorantdır. Bütün xərclərini də universitet üzərinə götürüb. Universitetin saytına girib onun adını və şəklini müəllim və araşdırmaçı heyəti arasında görəndə qanadım açılır, insan uçaq aparatına dönürəm.
MIT-də doktorantura dünyanın ən çətin qəbul olunan və ən nüfuzlu akademik proqramlarından biri sayılır. Bu sadəcə bir elmi dərəcə almaq deyil, həm də dünyanın ən güclü elmi mərkəzlərindən birində yetişmək deməkdir.
İnanın ki, mənim onunla öyünməyim daha çox onun MIT-də ilk azərbaycanlı doktorant olması ilə bağlı deyil. Gizlətmirəm, bununla da çox sevinirəm. Amma onun sadə, təmiz və doğru bir insan olması mənim üçün daha önəmlidir”, - Mete Namazov qeyd edib.

O, bacılarından da söz açıb. Bildirib ki, Azərbaycanda Bakı Anadolu Liseyini bitirmiş böyük bacısı Səkinə Namazova hazırda Türkiyənin Hacettepe Universiteti xəstəxanasında həkimdir.

Mete kiçik bacısı Nərgizin də tibb təhsli aldığını vurğulayıb və onlarla fəxr etdiyini söyləyib.


A.Qorxmaz

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31