Yer öz oxu ətrafında fırlandığı üçün gecə və gündüz yaranır.

Yer öz oxu ətrafında saatda təxminən 1 600 kilometr sürətlə fırlanır.

Bu hərəkəti hiss etmirik, çünki hamımız eyni sürətlə hərəkət edirik. Bunu yeni relslər üzərində gedən bir qatar kimi təsəvvür etmək olar. Pəncərələr bağlı olsa, içəridə rahatlıqla gəzə bilər və demək olar ki, hərəkəti hiss etmərik. Hərəkəti yalnız sürət dəyişəndə anlayırıq.

Bəs, Yer dayansa nə olar?

Qatarın birdən dayandığını təsəvvür edək. İstəmədən irəli doğru atılardıq, çünki bədənimiz əvvəlki sürətlə hərəkəti davam etdirərdi. Bu hadisə XVII əsrdə Qalileo Qaliley tərəfindən izah edilib, daha sonra İsaak Nyutonun birinci qanunu olan ətalət qanunu ilə formullaşdırılıb. Yəni cisimə təsir edən qüvvə yoxdursa, o mövcud hərəkətini davam etdirməyə meyllidir. Yer birdən dayansaydı, canlılar və okeanlar şərqə doğru saatda min kilometrlərlə sürətlə hərəkəti davam etdirərdi.

Gecə və gündüz necə olar?

Planet iki yarımkürəyə bölünər və gecə-gündüz növbələşməsi olmazdı. Bir yarımkürə daim Günəş işığında qalar, yandırıcı və bitməyən gündüz yaşayardı. Digəri isə sonsuz və çox soyuq gecəyə qərq olardı. Günəşin doğması və batması olmaz, yalnız bu iki zona arasında dar keçid zolağı qalardı.

Gecə səması da dəyişərdi. Ulduzlar göydə hərəkət edirmiş kimi görünür, çünki Yer fırlanır. Fırlanma olmasa, ulduzlar sabit qalardı və gecə yarımkürəsində həmişə eyni bürclər görünərdi. Zodiak anlayışı da mənasını itirərdi. Planetlər isə hər gecə göy üzünü başdan-başa keçməz, yalnız sabit ulduz fonu üzərində yavaş sürüşmə müşahidə olunardı. Bu, Yerın Günəş ətrafındakı həqiqi hərəkətini daha aydın göstərərdi.

Atmosfer və okeanlar nə olar?

Hava mövcud sürətini saxlayaraq şərqə doğru saatda min kilometrləri aşan dağıdıcı küləklər yaradardı. Okeanlar isə planet miqyasında nəhəng dalğalar əmələ gətirərdi ki, bu dalğalar "Interstellar" filmindəki Miller planetindəki səhnələri xatırladan, qitələrə doğru irəliləyən sunami tipli dalğalar olardı.Həmçinin cazibə qüvvəsi də bir qədər dəyişərdi. Fırlanma dayandıqda bir az daha ağır hiss edərdik.

Zaman necə ölçülər?

Gün doğumu və batımı olmadığından 24 saat anlayışı mənasını itirərdi. Zaman yalnız süni saatlarla ölçülərdi. Bioloji ritmlərimiz də pozular, yuxu, diqqət və əhval-ruhiyyə ciddi təsirlənərdi. İnsanlar yalnız süni işıq və qaranlıq dövrləri yaradaraq uyğunlaşa bilərdi.

Uzun müddətdə həyat mümkün olarmı?

Milyon illər ərzində Yerın maqnit sahəsi zəifləyərdi. Bu sahə nüvədəki maye dəmirin hərəkəti nəticəsində yaranır və bizi Günəş küləyi ilə zərərli kosmik radiasiyadan qoruyur. Fırlanma olmadan bu qoruyucu qalxan zəifləyər, radiasiya canlılara zərər verər, DNT zədələnməsi və xəstəlik riski artardı.

İşıqlı yarımkürədə həddindən artıq istilik və davamlı radiasiya suyu buxarlandırar, atmosferi ciddi şəkildə dəyişdirərdi. Qaranlıq yarımkürədə isə qütb işıqları daha tez-tez görünərdi. Cixin Liu-nun "Yersiz Yurtsuz Dünya" əsərində təsvir etdiyi kimi, temperatur o qədər aşağı düşə bilərdi ki, oksigen və azot səthdə bərkiyərdi.

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31