
Xəbərlər
26.02.2026, 01:12
Elxas Comərd : XOCALIM, AY XOCALIM - FOTO
Ürəyimin qırıq yeri,
Faciəmin dərd misgəri,
Hər il o gün dönür geri,
Dövr eləyir dərdim, acım —
Xocalım, ay Xocalım.
Dərd ağrıdıb yıxır məni,
Ağrısıyla sıxır məni,
Öldürəcək axır məni —
Yoxmu mənim bir əlacım?
Xocalım, ay Xocalım.
Həmin çovğun, həmin şaxta,
Gəlmək üçün çoxu “taxta”,
Sizi atdı qara baxta —
Kimdən indi mən bac alım?
Xocalım, ay Xocalım.
Faciəmin dərd misgəri,
Hər il o gün dönür geri,
Dövr eləyir dərdim, acım —
Xocalım, ay Xocalım.
Dərd ağrıdıb yıxır məni,
Ağrısıyla sıxır məni,
Öldürəcək axır məni —
Yoxmu mənim bir əlacım?
Xocalım, ay Xocalım.
Həmin çovğun, həmin şaxta,
Gəlmək üçün çoxu “taxta”,
Sizi atdı qara baxta —
Kimdən indi mən bac alım?
Xocalım, ay Xocalım.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












