Kimi.

Duyğularım baş-başadır,
Elə yatır quzu kimi...
Kipriklərim göz yaşımı
Yalayır daş duzu kimi.

Yerdən çıxdım, yerin oldum,
Dodaqlarda şirin oldum,
Ürəklərdə sərin oldum,
O dağların buzu kimi.

Tarixim var şanlı, yaşar,
Yaşamağa verdim qərar,
Əyilməyən qürurum var,
Azərbaycan qızı kimi.

Şair sevir hər zamanı,
Bil faydalı sən samanı,
Min bir dərdə əlac hanı
Arıların tozu kimi?

Atəş, girmə söz qəstinə,
Bələnərsən öz tüstünə,
Pozularsan qar üstünə
Həkk olunan yazı kimi.

17.02.2026.


Qalır.

Bir dağın döşüylə sürünür duman,
Nə yolu görünür, nə izi qalır.
İki göz alıbdı Allahdan adam,
Köçəndə arxada çox gözü qalır.

Nə yığsan, nə qursan gəldi-gedərdi,
Geysən ləl-cəvahir, yenə hədərdi,
Sevinci azcadı, çoxu kədərdi
Yaxşısı gizlənir, pis üzü qalır.

Çox alim gizlənib "çovanam" adda,
Ağıl yaşda deyil, nə də savadda,
Min kitab oxuduq, ancaq ki, yadda
Atalar məsəli, el sözü qalır.

20.02.2026.


Vaxtıdır.

Cavanlıqda tək çəkirdim hər yükü,
İndi ömrün dərdi bölən vaxtıdır.
Pərvazlanıb hey uçurdum quştəki,
Həvəsimin bir-bir ölən vaxtıdır.

Dağ döşündə bəyaz duman sürünür,
Göy üzündə gülən şimşək görünür,
Dünya yenəyaşıl dona bürünür,
Qışın gedən, yazın gələn vaxtıdır.

Heç qədrini bilməmişəm qəlbimin...
Köks ötürdüm arxasınca hər ilin.
Açılmamış qönçələnən tər gülün
Yanağının tərin silən vaxtıdır.

Hay-harayla çaylar axır dərədən,
Ovçu dönür, ceyran qaçır bərədən,
Yetmiş gəldi, Atəş, saldın sərə dən,
Qocalığın üzə gülən vaxtıdır.

22.02.2026.





Son xəbərlər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31