Müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə “TikTok”da canlı yayım zamanı baş verib.

Belə ki, Xalq artisti Brilliant Dadaşovanın da iştirak etdiyi canlı yayımda efirlərdəki problemlər müzakirə olunub. Bu zaman Səidə Sultanla Tolik arasında dava düşüb. Onların bir-biriləri haqqında səsləndirdikləri təhqiramiz ifadələr gərginliyi daha da artırıb.

Bundan sonra hər iki tanınmış şəxs instaqram hesablarında paylaşım edərək bir-birilərinin ünvanına əxlaqsız ifadələr, söyüşlər səsləndirib. Tolik öz paylaşımında Səidəni narkotik istifadəçisi olmaqda ittiham edib. Müğənni isə buna cavab olaraq paylaşdığı videoda bildirib ki, o, səhhətindəki problemlərə görə bir neçə gün öncə Sabunçu Tibb Mərkəzində müalicə alıb və qollarındakı izlər də bu səbəbdən yaranıb.

Ötən gündən davam edən qalmaqal sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. İstifadəçilər, demək olar ki, hər gün efirlərdə və sosial mediada qarşılaşdığımız Səidə Sultan və Tolik kimi tanınmışların timsalında işlətdikləri təhqirdolu ifadələrə görə hər kəsin İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən cəzalandırılmalı olduğu ilə bağlı çağırış ediblər.

Qeyd edək ki, 510.2-ci maddə (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.

Xatırladaq ki, müğənni Səidə Sultan bir neçə gün öncə instaqram hesabında video paylaşaraq bir ildir efirə çıxmamasının səbəbini açıqlayıb. O, hazırkı efir məkanında etik normaların itdiyini vurğulayaraq, verilişlərdə yaşanan qalmaqalların təbliğini pisləyib.

Son xəbərlər

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031