Turaztv.az » Xəbərlər » Kürdəmirdə “Audi” 4 nəfəri birdən vurdu - Fotolar
Xəbərlər

Kürdəmirdə “Audi” 4 nəfəri birdən vurdu - Fotolar

23.02.2026, 00:01 108
Kürdəmirdə ağır yol qəzası baş verib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, “Audi” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında dayanan ikisi azyaşlı olmaqla 4 nəfəri vurub.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər