Gürcüstanın Bolnisi rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun ziyalıları, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirin keçirildiyi məkanda Xocalı soyqırımından bəhs edən sərgi də açılıb.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərkəzin direktoru Rezo Həsənov çıxış edərək Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, Xocalı faciəsinin səbəbindən və acı nəticələrindən danışıb.

Tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Faxralı məktəbinin Azərbaycan dili və ədəbiyyatı fənni müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov bildirib ki, kitabda Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşağın acı həyat hekayəsi əksini tapıb.

Mərkəzin direktoru Rezo Həsənov AZƏRTAC-a açıqlamasında deyib: "Xocalı faciəsindən 34 il ötür. Lakin Azərbaycan xalqı bu faciənin ağrı-acısını heç zaman unutmur və unutmayacaq. Tədbirin təşkilində məqsəd Xocalı faciəsi ilə bağlı gənclərə məlumat vermək, onların da bu tarixi həqiqətləri özlərindən sonrakı nəsillərə ötürmələrinə vəsilə olmaqdır”.

Bolnisi rayonunun Dəllər (Muşevani) kənd məktəbinin 11-ci sinif şagirdi Sona Namazova isə deyir: "Mən bir müddət Bakıda yaşamışam. Orada bizim Xocalıdan olan bir qonşumuz var idi. O, bu faciə barədə ürək ağrısı ilə danışırdı. Onun danışdıqları bu gün də yadımdan çıxmır. Hərdən öz rəfiqələrim və məktəb yoldaşlarımla bu barədə danışırıq. Bu gün burada bizə təqdim olunan kitab çox təsirli və ağrılıdır”.

"Amma bu gün bir məsələ də var. Azərbaycan öz torpaqlarını azad edib. Biz çox sevinirik. Yəqin ki, həmin uşaqların sevincinə heç nə çatmaz" - deyə, S.Namazova vurğulayıb.

Son xəbərlər

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31