Xəbərlər
QAYTARA BİLMƏZ - FOTO
Ana gözəlliyi hopub üzünə,
Ata qətiyyəti baxışlarına.
Nikbinlik iz salıb hər bir sözünə,
Üzündə hər cizgi " naxışlarına"...
Qurban bayramında İsmayıl adı,
Qoyuldu nur üzlü mələk körpəyə,
Qurbanov adlanır əsil soyadı,
Bir igid doğuldu o gün ölkəyə.
Saf vicdan, əqidə ömrünə mayak,
İgidlik həyatı səslədi onu,
Yurda dar günündə o oldu dayaq,
Döyüşlər zəfərlə bitirdi sonu...
İgidlik ölçülməz vaxtla,zamanla,
İgidlik insana qanıyla keçər,
İgidlik edilər günlə, bir anla,
Canı qurban edər, şəhidlik seçər.
Bir əsr ömrünü xəzana verər,
Döyünməsə vətən üçün bir ürək,
Özüyçün yaşayan diriykən ölər,
Xalq üçün, vətənçün yaşamaq gərək!
Bir ana gözünün günəşi söndü,
Bir oğul itkisi qəddini əydi,
İsmayıl " qutuda" evinə döndü...
Güllə ona deyil, anaya dəydi...
Arzular qırıldı parlaq güzgü tək,
Sevdiyi qız dərdə necə dözəcək?!.
Qürurlar itkini qaytara bilməz,
Fəxrlər ürəkdən dərdləri silməz...
Bir əsr ömrünü xəzana verər,
Döyünməsə vətən üçün bir ürək!
Özüyçün yaşayan dirikən ölər,
Xalq üçün, vətənçün yaşamaq gərək!..
BİBİXANIM.
Ata qətiyyəti baxışlarına.
Nikbinlik iz salıb hər bir sözünə,
Üzündə hər cizgi " naxışlarına"...
Qurban bayramında İsmayıl adı,
Qoyuldu nur üzlü mələk körpəyə,
Qurbanov adlanır əsil soyadı,
Bir igid doğuldu o gün ölkəyə.
Saf vicdan, əqidə ömrünə mayak,
İgidlik həyatı səslədi onu,
Yurda dar günündə o oldu dayaq,
Döyüşlər zəfərlə bitirdi sonu...
İgidlik ölçülməz vaxtla,zamanla,
İgidlik insana qanıyla keçər,
İgidlik edilər günlə, bir anla,
Canı qurban edər, şəhidlik seçər.
Bir əsr ömrünü xəzana verər,
Döyünməsə vətən üçün bir ürək,
Özüyçün yaşayan diriykən ölər,
Xalq üçün, vətənçün yaşamaq gərək!
Bir ana gözünün günəşi söndü,
Bir oğul itkisi qəddini əydi,
İsmayıl " qutuda" evinə döndü...
Güllə ona deyil, anaya dəydi...
Arzular qırıldı parlaq güzgü tək,
Sevdiyi qız dərdə necə dözəcək?!.
Qürurlar itkini qaytara bilməz,
Fəxrlər ürəkdən dərdləri silməz...
Bir əsr ömrünü xəzana verər,
Döyünməsə vətən üçün bir ürək!
Özüyçün yaşayan dirikən ölər,
Xalq üçün, vətənçün yaşamaq gərək!..
BİBİXANIM.











