Xəbərlər
GÖY ELƏ GÖYDÜ, QAR İSƏ AĞDI... - FOTOLAR
Yaşanılan mühit insanı yetişdirir.
Tanrı insanı kainata bəxş edəndə onun yaşam tərzini, yaşama gücünü, həyati mübarizələri qarşılamaq, qarşılaşdığı çətinlikləri dəf etmək, kədər və sevinc adlı təzadların hər birinin öz səddini keçmək qabiliyyəti ver-mişdir. Axı insan bir məxluqdur, ən şüurlu bir canlıdır. Bu canlılara ağıl və düşüncə də onun insan ömrünü ya¬şaması üçün verilmişdir. Məhz elə bu yaşam tərzi də onun tale və “alın” yazısıdır.
Hər kəs öz taleyini yaşayır; həm də öncədən bilmədən. Bəzən düşünürəm ki, insan əvvəlcədən gələcək həyat, ömür yolunu bilsəydi, yaşadığı ömrü özü istədiyi kimi yönləndirsəydi görəsən, həyat necə davam edərdi? Həyat bayağılaşardımı? Həyat “olardımı”? Dünyanın bütün canlıları eyniləşməzdimi? Ancaq düşüncələrimə elə özüm də cavab tapıram: əstəğfirullah ! Hər şeyin yaradıcısı uca Tanrıdır. İnsana yaşam verən də, həyatı həyat edən də o gözəgörünməz Tanrıdır. Taleyi yazan da odur. Məhz buna görə də insan ta yaranışdan alın yazısı deyilən bir kəlama inanır və bu alın yazısı ilə “barışaraq” yaşayır. Hər bir insanın da ən yaxın “arxa-dayağı” elə Tanrıdır. Tanrı bəxş edən hər şey - acılı-şirinli saydığımız həyat alın yazımızdır.
Həyatda yaşayan hər insanın ardıcıl olaraq öz soy-kökü olur. Bu soy-kök onun bir-birinin gələcək həya¬tını davam etdirən nəsillərdir. Bu isə şəcərə adlanır. Hər insanın şəcərəsi də bir nəslin həyat tarixidir. Bu həy¬at tarixi bəzən gələcək nəsillərin yaşam tərzində təzələnir. Damarlarda axan qan sanki öz “tərkibini” təkrar¬layır. Bu insanlara xas olan igidlik “sindromu”dur. Bu sindrom isə hər soy-kökə məxsus olmaz. Bu seçilmiş insan ömürlülərə məxsus olar. İnsan ömrünün elə məna “çalarları” da onun soykökünə məxsus xüsusiyyət¬lərinin qanında təzahür etməsidir...
Xeyirxahlıq, vicdani saflıq, vətənpərvərlik, mənəvi paklıqdır. Çox zaman hələ körpə yaşlarından başlaya¬raq insanın qarşılaşdığı insanlar da yaşam tərzinə təsir göstərir. Və dünyagörüşün formalaşmasında belə tə¬sirlər müstəsna rol oynayır.
İnsan tərbiyəni ta uşaqlıqdan diktə ilə almır, yaşadıqlarından bəhrələnir. Diqqət etsək qəhrəmanlıq tarixi¬mizə, bu daha aydınlığı ilə görünər. Şəhadət yolçuları, qazilik, elm fədailəri, zəhmətdən “yoğrulan”, həyat ya¬şayan insanlar... məhz “gözlə görünməyən” mənəvi saflıq, vicdanı paklıq içində olan şəxslərdir. Bax, belə bir gənc idi İqbal da... Elə bir gənc ki, elinə, obasına bağlılığı özünə ən yüksək amal seçmişdi. Elə bu amalla da yaşamına davam etdi.
Ağıl və qəlbin birgə hökmü.
Fəlsəfi şairimiz Məmməd Araz bu şeirində sanki nakam arzulu bu gəncin düşüncələrini qələmə almışdır.
Belə olmalıydı yəqin ki, belə:
Çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim...
İqbalın ailəsi, əzizləri ilə bir neçə dəfə görüşmüşdük. Qəbələdəki evlərində onun xatirə muzeyini, məzarı¬nı ziyarət etmişdik. Anası, nənəsi və bibiləri ilə görüşmüş, xatirələrini dinləmişdik. Öz həyat yolunu özü istə¬diyi kimi seçməsi onun gənc yaşlarında seçdiyi yola nəzər etdikdə daha aydın görünür. İqbal həqiqətən ağlı¬nın hökmünü qəlbinin hökmündə itirənlərdən biri oldu...
Uşaqlıqdan doğma torpağına bağlılıq, ata-ana yurdunun əsrarəngiz gözəlliyi onu valeh edərdi. Bayram və məktəb tətili günlərində Qəbələyə gələr, çaylarını, dağlarını, düzlərini özünə ən gözəl seyrəngah seçərdi. Qə¬bələnin tarixi məkanlarını gəzməyi, ağsaqqal və ağbirçək qohum və tanışlarını ziyarət etməyi xoşlardı. Ata yur¬dunun hər fəslini özünəməxsusluğu ilə sevərdi. Babaları haqqında eşitdiyi hər ürəyəyatımlı və qürurlandırıcı söhbətlər onun öz soykökünə olan hörmət və rəğbətini artırırdı. Məhz babaları kimi xalqının gərəkli övladı ola¬raq yaddaşlarda əbədi yaşamağın yollarını düşünərdi. Axı, onun ata babası Baba Babayev rayonumuzun ta¬nınmış ziyalılarından biri idi. Həmçinin Baba müəllim vətənpərvərlik haqqında, insana və insanlığa xas hər bir mövzunu poetikləşdirərdi. Həyatda olduğu dövrdə rayonumuzun tanınmış ziyalısı olan Baba müəllim hər kə¬sin yaddaşında öz soyadını əbədiləşdirərək bu gün də adı hörmətlə xatırlananlardandır.
İqbal ana babası ilə də fəxr edərdi. Ana babası təkcə Qəbələdə deyil, respublikamızda belə hörmətlə xa¬tırlanan bir soyada aiddir. Onun ana babası Əlimirzəyev Əşrəf Sovet dövründə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Öz peşəsi, insanlığı ilə xalqa, vətənə xidməti ilə tanınmış, adını yaddaşlarda əbədiləşdirmişdi. Əş¬rəf Əlimirzəyevin adı Qəbələdə, xüsusilə İqbalın ata evinə yaxın küçələrdən birinin adını daşıyır.
İqbal həmişə soykökü ilə fəxr edən biri olmuşdur. Qəhrəman babasına oxşamaq onun uşaqlıq arzusu ol-muşdur. Ağlı ilə, qəlbi ilə birgə düşünərdi arzularını İqbal. Ağlında olan arzuları düşünsə də, qəlbindəki ən ümdə arzusu işğal altında olan torpaqlarımızın yad tapdağından təmizlənməsi, ölkəmizin bütövlüyünün bər¬pası, xalqımızın xoşbəxt gələcəyi idi. İqbal məhz buna görə də, ağıl və qəlbinin birgə hökmünü özünə ən doğru olanı kimi seçdi...
İqbalı tanıyırsınızmı?
İqbal Zəki oğlu Babayev 1995-ci il sentyabrın 10-da Xətai rayonunda dünyaya göz açmış, 257 saylı orta
məktəbi bitirmişdir. İqbal Xəzər Universitetinə qəbul olmuş, iqtisadiyyat fakültəsində təhsil almışdır. 2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvanda xidməti borcunu başa vurmuşdur. Təhsilini davam et¬dirmək, dövlət qulluğuna hazırlaşaraq savadlı bir mütəxəssis kimi xalqına xidmət etmək istəyirdi İqbal. Lakin sərhəd zonalarında baş verən hadisələrin heç də xoş sonluqla bitməyəcəyini bir vətən övladı kimi İqbal da düşünürdü. 2020-ci ilin iyul hadisələri vətənsevər bir gənc kimi onu da sarsıtmışdı. Ordumuzun ən igid oğul¬larından bir qrupunun, başda general-mayor Polad Həşimov olmaqla terror qurbanına çevrilməsi onun yeni¬dən ordu sıralarına qatılmaq arzusunu gerçəkləşdirdi. Artıq torpaqlarımızın döyüş yolu ilə qaytarılması fikri bir gənc kimi onun da düşüncələrinə hakim kəsilmişdi.
2020-ci ilin sentyabrında İqbal Babayev Xətai rayon könüllüləri ilə birgə cəbhə bölgəsinə yollandı. İqbal Ba-bayev ailəsinin, yaxın qohumlarının hörmət və vəzifəsindən istifadə edərək “bəziləri” kimi “od-alovdan” uzaq dura bilərdi. Ancaq onun aid olduğu ailə, yaxınları belə vətənpərvər idilər, belə bir məqamda övladlarına “uzaq duP’ deyə bilməzdilər və onların övladı da bunu qəbul etməzdi. Qəhrəman və vətənpərvər soy-kök özünü büruzə verirdi.
Bayraq enməz və endirilməz
Bayraq dövlət rəmzi, dövlətini, ölkəsini, Vətənini sevən hər kəs Bayrağını qoruyar. Ordumuz bayrağımızı təmsil etmiş və xaincəsinə yağmalanmış Qarabağ ərazisində yenidən bu bayraqların dalğalanması üçün döyüşmüşlər.
İqbal 44 günlük müharibədə Cəbrayıl, Füzuli və Zəngilan istiqamətində gedən döyüşlərdə igidliklə döyüşmüşdür. Düşməndən azad olunmuş məntəqələrdən birinə bayraq sancılması da İqbala nəsib olmuş¬dur. Bayrağı yüksəkliyə asmaq onun müqəddəs arzularının gerçəkləşməsinin başlıca yolu idi. Çox sevinmiş¬di. Axı o, bayrağın dalğa səsini çox sevirdi... “Bayraq enməməlidi!” düşüncəsi ilə də oktyabrın 21-dək döyüş¬dü. Füzuli rayonu Gecəgözü kəndi istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşdu... Çətin relyefdə bir neçə gün İqbalın nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmadı. Silahdaşları oktyabrın 27-də onun nə¬şini neytral ərazidən çıxarmağa müvəffəq oldular.
İqbal Babayevin ailəsi, əzizləri bu tarixdə 21-27 oktyabrda hər dəqiqə ölüb-dirildilər. Ürəklərində ona ölümü yaraşdırmasalar da, ölümə inanmasalar da həyəcan dolu ürək döyüntülərinin ritmində belə bir məyusluq ya-şayırdılar... Elə bu məyusluq İqbalın ata yurduna öz ayaqları ilə deyil, bayrağı özünə libas seçərək, “ölüm ara- bası”nda gəlməsi ilə sona yetdi...
Qəbələ, igidini qəbul et...
Atası Zəki müəllim övladını ata yurduna gətirirdi, qədim Qəbələ və vətənpərvər insanlar onu qarşılayırdı. Döyüş yoldaşları əllərində onun qürurlu şəkilləri ilə gəlirdilər, igid silahdaşlarını qədim Qəbələ torpağına “tap¬şırmaq” üçün... İqbalın şəkilləri sanki dil açırdı:
Çıxıb bu dünyanın yoluna mən də,
Dönüb durmalıydım bir astanada...
Bu astana Qəbələ şəhərinin mərkəzi oldu... Ata-baba yurdu... Məzar daşında da İqbal “danışırdı” sanki:
Mənli də, mənsiz də bu dünya vardı,
Göy belə göy idi, qar belə ağdı.
Bu dünya elə bil nəğməli valdı,
Mənli də, mənsiz də oxuyacaqdı...
İqbal bir igid kimi təltiflər də aldı, ən uca zirvəyə ucalaraq şəhid titulu qazandı. Qəhrəman babanın qəhrə¬man nəvəsi oldu. Vətənpərvər insanların vüqarı, qüruru, torpağımızın, Vətənimizin igidlik rəmzi oldu. Ancaq əzizlərinin - atası Zəki müəllimin, anası, Ülviyyə xanımın, qardaşları İqrar və Turqut, bibiləri Humay müəllimə¬nin, Telli həkimin, dayısı Sübhanın (tanıdığım bütün qohumlar) və bütün onu tanıyan insanların yaddaşında həyat dolu bir gəncin nakam arzular mücəssəməsi oldu. Bu arzuların həyata keçirilməsi mümkün olanları ya¬şatmalıyıq, hamılıqla. Zəfər arzusu ilə döyüşüb, qalib bir orduya qəhrəmanlıq tarixi yazanlardan biridir İqbal! Zəfər paradını bütün şəhid dostları kimi ruhu ilə izləyən biridir İqbal! Hardasa müqəddəs sevgi nağılını sonlan- dırmaq istəməyən, hicran zümzüməsinin ürək döyüntülərinə rəng qatdığı, gözlərinə həsrət kölgəsi qonan bir sevən azərbaycanlı gözəlinin nağıl dünyasıdı İqbal!.. Əbədiyyən gənc, bahar ömrü yaşayan qəhrəmanlıq təcəssümü, məğrurluq simvoludur İqbal! Yuxularını kiçik qardaşına danışdıqdan (21 sentyabr - 21 oktyabr) düz bir ay sonra onu aparmaq istəyən “ağpaltarlılarla” cənnətə ömürlük sakin olandı İqbal!
Məmməd Araz sənin üçün illər əvvəl yazmışdı sanki:
Bir gün idi... qərq olmuşduq nura, gedirdik,
Bir taleyin dan yerində, qürubunda biz...
Əbədiyyət dünyasında məkanın cənnət olsun, şəhidim!
BIBIXANIM.













