Türküstan şəhərində TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib, ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında iştirak edib.

İqtisadiyyat Nazirliyindən "Unikal"a bildirilib ki, iclas Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Assan Darbayevin sədrliyi ilə keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev son illər TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Ölkəmizin TDT-yə üzv bütün dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atdığı qeyd edilib. Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə yaradılmış ikitərəfli investisiya fondlarının ölkələrimiz arasında kapital axınının sürətlənməsinə, sənaye və investisiya layihələrinin maliyyələşdirilməsinə şərait yaratdığı nəzərə çatdırılıb. Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlamasının regional iqtisadi inteqrasiyaya təkan verəcəyi bildirilib.

Tədbirdə TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi, rəqəmsal transformasiya və digər məsələlər müzakirə edilib. Nəqliyyat və logistika sahəsində tərəfdaşlığın genişləndirilməsi, Orta Dəhlizin səmərəliliyinin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasının yekunlarına dair Birgə Kommünike və TDT üzv dövlətləri arasında ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Təşkilatın iqtisadiyyat və ticarət sahəsinə məsul nazirlərinin 15-ci iclasının 2026-cı ilin ikinci yarısında Azərbaycanda keçirilməsi qərara alınıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev tədbir çərçivəsində Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmakla görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, qeyri-neft ixracının təşviqi, rəqəmsal ticarət məsələləri və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə olunub.

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930