Turaztv.az » Xəbərlər » DÜNYA VARSA, ŞƏHİD YAŞAR - FOTO
Xəbərlər

DÜNYA VARSA, ŞƏHİD YAŞAR - FOTO

18.02.2026, 11:40 112

Baxışların titrəkliyin,
Körpələrdə hürkəkliyin,
Yaddaşında zirəkliyin,
Məyusluqda gerçəkliyin,
Əzəlini gördü gözüm,
Dondu nitqim,dondu sözüm...

Dörd cüt gözün baxışında,
Hər kirpiyin qırpışında,
Baxışların çarpışında,
Şərhsiz...foto çağrışında,
Dörd dastanı bircə anda ;
" oxudum " mən,
Öz qəlbimə qəm çələngi
toxudum mən...

Qəlb evimi etdi viran,
Dörd cüt gözün baxışları,
O gözlərdə gördüm yağan,
O mükəddər yağışları...
Bağrıma basdım onları,
İgidliyin qoxusu var canlarında,
Natiq kimi bir oğulun,
Can iksiri qanlarında.

Rəsmlərdən baxır ata,
Hər gün yeni söhbət açır...
Hər söhbəti tezis olub,
Səslər onları həyata!
Körpə ikən yaşlanarlar,
Ömər, Davud, Behbud, Gülər.

Bu həyata baxışıyla,
Natiqin də sevgisini
Öz qəlbində birləşdirib
Körpələrə verər ana,
Vallah ,sənin iradənə,
dözümünə,
Dörd övladı tək canınla,
Qayğı yükün çözümünə,
Şəhidini hər anında-
Qəlb atışı zamanında
Yaşadar o ,ürəyində,

Hər toplumda deyər Nigar-
Qazanıb o, dörd övlada,
İgidliklə həyat boyu,
Yedikləri çörəyin də!
Halallıqla duzun, dadın...
Sən qayğınla, sən vəfanla,
Yaşadırsan öz cəfanla,
Şəhid adın, igid adın,
Şəhidliyə şahid qadın!

Sədaqətdə igid adın,
Şəhidliyin,ölməzliyin,
Dəyərində simvol qadın,
Sədaqətin timsalısan,
Sən şəhidin sevgisinin,
Vəfa, dəyər misalısan,
Şəhid ərin əbədilik,
Can sirdaşı, ömür dostu,
Şəhid ömrün ömür postu!
Övladına arxa dağsan,

Övladların həyat boyu
Soy- kökünə nəsil- nəsil,
Qan yaddaşı, genə bağsan,
Koroğlunun Nigarının
Şücaəti səndə yaşar,
Böyütdüyün dörd övladın,
Mənəviyyat zənginliyi,
İnsanlıqda ənginliyi,
Dünya boyu sədlər aşar,
Dünya varsa, şəhid yaşar!
İnsanlığın zirvəsində,
İgid NATİQ, NATİQ yaşar!..


BİBİXANIM.

Oxşar xəbərlər