Son günlər Azərbaycanda məktəbli forması və hicab məsələsi yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Bu mövzu təkcə geyim qaydaları ilə məhdudlaşmır, eyni zamanda məktəbin funksiyası, tərbiyə prosesi və valideyn məsuliyyəti kimi daha geniş sualları gündəmə gətirir. Uzun illərdir Azərbaycanda məktəblərdə vahid geyim formaları tətbiq olunur. Bu qərarın verilməsi iki əsas faktorla – sosial bərabərlik və uşaqların dərslərinə fokuslanması ilə birbaşa bağlıdır. Məsələ ilə bağlı qanunvericilikdə də müəyyən tələblər mövcuddur. “Təhsil haqqında” Qanuna əsasən, təhsil alanların geyim forması məktəbin nizamnaməsi ilə müəyyən edilir. Lakin bəzi hallarda valideynlərin münasibəti fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur.

Bəs məktəbdə vahid forma qaydaları və hicab məsələsi ilə bağlı məsuliyyət kimlərin üzərinə düşür?

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bu məsələdə bir neçə detala diqqət yetirilməlidir: “İlk növbədə təbii ki, dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununu nəzərə çatdırmaq istəyirəm. Burada nəzərdə tutulan ondan ibarətdir ki, dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan demokratik cəmiyyətdə zəruri olur. İctimai təhlükəsizlik mənafeləri üçün ictimai qaydanın təmin edilməsi sağlamlığın və ya mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Gördüyünüz kimi, bizdə dini etiqad azadlığına imkan verilir. Amma digər aspektdən yanaşsaq, “Uşaq Hüquqları” haqqında Qanunda uşaqların vicdan, fikir və söz azadlığı təsdiq edilir. Qanunun 14-cü maddəsində qeyd olunub ki, hər bir uşağın vicdan, söz və fikir azadlığı var. Əlbəttə, bu amil icazə verir ki, biz uşaqlara özlərinin dini etiqadlarını seçməsinə imkan yaradaq. Onları hər hansı şiddət, zorakılıq, məcburiyyət və yaxud öz istəklərimiz əsasında bu prosesə cəlb etməyək. Bu prinsiplə yanaşan valideynlər “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununu bir növ saymazdan gəlirlər. Bu da təbii ki, qanunvericiliyin pozulması deməkdir”.

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə Nazirlər Kabinetinin qərarlarında, eyni zamanda “Təhsil haqqında” qanunvericilikdə qeyd olunub ki, müvafiq olaraq şagirdlərin vahid geyim forması var və bu vahid geyim forması bütün şagirdlər üçün keçərlidir: “Vahid geyim forması ümumi hər bir təhsilalanın bərabər hüquqlarının olması deməkdir. Ona görə də hər hansı bir dini daşıyıcını üzərində daşımaq, dini elementləri təbliğ etmək məsələlərinə diqqət olunmalıdır. Valideynlərin diqtəsi ilə uşağın dini etiqad azadlığı tanınmayıbsa və o, hansısa bir üsulla dinə cəlb olunubsa, belə artıq təhsil müəssisəsinə baş vurmaq da doğru deyil. Bizdə hicabla bağlı qanunvericilikdə hansısa qadağa nəzərdə tutulmayıb. Amma dini etiqad azadlığı haqqında qanunvericilikdə qeyd edilib ki, bəzi hallarda, məhz qanunvericiliyimizdə nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. İmkan verməliyik ki, uşaqlar yetkinlik yaşına çatdıqda bu istiqamətdə qərar versinlər. Əgər vahid məktəbli forması bərabər hüquqları özündə əks etdirən bir amildirsə, bu zaman burada kiminsə fərqli geyim forması, istər açıq-saçıq geyim olsun, istər dini geyim olsun, bu şəkildə təhsil ocağına girmək əlbəttə ki, təhsil haqqında qanunvericiliyin tələblərinin pozulması deməkdir. Biz bu məsələlərdə, xüsusilə də valideynləri nəzərdə tuturam, diqqətli olmalıyıq. Çalışmalıyq ki, “Uşaq Hüquqları” haqqında Qanunu pozmayaq. Uşaqların təhsil alma hüququ var. İstənilən halda geyimə görə uşaqları təhsildən yayındırmırıq. Sadəcə mövcud qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq”.

Məsələyə təhsil eksperti Elmin Nuri də münasibət bildirib. Mövzu ilə bağlı danışan E.Nuri qeyd edib ki, məktəblilər üçün vahid formalar dörd tərzdə təqdim olunur: “Təbii ki, forma etibarı ilə bir-birinə oxşayan tərzlərdir. Orta ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası həmin tərzlərdən birini təsdiq edərək bunu məktəbin şagirdləri üçün ümumi bir qaydaya çevirir. Yəni biz diqqət etməliyik ki, məktəbli formaları ilə bağlı məsələlər və qadağalar birbaşa təhsil, tədris mexanizmidir. Bunu başqa bir aspektdən dəyərləndirmək, ya da başqa aspektdən neqativ olay kimi yanaşmaq doğru olmaz. Bu gün məktəblərdə hicab ona görə qadağa ola bilər ki, onun nümunəsi təsdiqlənmiş vahid məktəbli formalarında yoxdur. Bu nümunə olmadığına görə qanunvericilik prinsipi ilə tövsiyələr səpkisində, siyahı prizmasından təsdiq olunması inandırıcı görünmür. Dini motivləri kənara qoyub bu prizmadan baxdıqda düşünürük ki, hicab qadağası ola bilər. Necə ki, qaydalar toplusunda digər geyim formaları qadağa olunur. Yəni biz məsələni dini faktordan da çox məktəbdə təsdiq olunmuş vahid məktəbli forması qaydaları prinsipinə görə dəyərləndirməliyik. İstər hicab, istər məktəblilər üçün təsdiqlənən nümunələrdə əksini tapmayan digər formaların qadağası gözləniləndir. Müəyyən xətlər var - təhsil-tədris xətti və din xətti. Məsələnin ikinci tərəfi də elə budur və bu xətlər pozulmamalıdır. Yenə də tədris prinsipinə olan ali baxışın göstəricisidir. Təbii ki, inanclı insanlara hörmətlə yanaşırıq, amma “təhsil təhsildir, tədris tədrisdir” prinsipi məktəb vizionunda daha ön planda olmalıdır”.

Lamiyə Məmmədova

Son xəbərlər

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31