Xəbərlər
17.02.2026, 18:56
Əfşan Yusifqızı : Şair də, şeir də naxoş kimidi - FOTO
Bir şeir dolanır başımın üstə,
Guya mən şairəm, lap xoş kimidi.
Ha dedim oxşayım, könlünü alım,
Gördüm, qəm əlindən sərxoş kimidi.
Misralar pırtlaşıq, teli dolaşıb,
Bəmi yolun azıb, zili dolaşıb.
Hecalar çalpaşıq, dili dolaşıb,
Dadı bilinməyir meyxoş kimidi.
Bir vaxt sevgisindən çiçək açardı,
Bənd-bənd, misra-misra ətir saçardı.
İndi boynubükük, miskin, naçardı,
Şair də, şeir də naxoş kimidi.
Guya mən şairəm, lap xoş kimidi.
Ha dedim oxşayım, könlünü alım,
Gördüm, qəm əlindən sərxoş kimidi.
Misralar pırtlaşıq, teli dolaşıb,
Bəmi yolun azıb, zili dolaşıb.
Hecalar çalpaşıq, dili dolaşıb,
Dadı bilinməyir meyxoş kimidi.
Bir vaxt sevgisindən çiçək açardı,
Bənd-bənd, misra-misra ətir saçardı.
İndi boynubükük, miskin, naçardı,
Şair də, şeir də naxoş kimidi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











