
Xəbərlər
13.02.2026, 10:32
ABŞ-də atışma olub, ölənlər var

Cənubi Karolinada universitetin kampusunda atışma baş verib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb.
Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Fevralın 12-nə keçən gecə baş vermiş hadisə ilə əlaqədar fevralın 13-də dərslər ləğv edilib.
Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Atəş açan şəxs barədə məlumat verilmir.






