Hüseyn İsaoğlu,
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü

Əsl müəllim kimi öz peşəsilə,
Fəxr edir, öyünür həmişə, hər an.
Ana tək yanaşıb hər bir şagirdə,
Xalqa xidmət edir o yorulmadan.

Hər insan sevdiyi, könül verdiyi peşənin, bir sözlə, aid olduğu sahənin yorulmaz " alpinisti" dir. Naciyə xanım Umarova da xosbəxtdir ki, onun ictimai yüksəlişə güc verən yenilikçi ruhu heç vaxt dilemma qarşısında qalmayıb, əksinə,o, həyat və yaşam məzmunundakı sərrastlığa zahiri mənalara sığinacaq etmək üçün özünün insan və müəllim bacarığından istifadə edə bilib.
Naciyə xanım da bir müəllimə kimi xalqın, dövlətin gələcəyini formalaşdırmaqda, əsl vətəndaş və şəxsiyyət yetişdirməkdə ömrünü şam kimi əridir, bütün həyatı boyu şərəfli missiyanı yerinə yetirməklə məşğul olub və yenə də məşğul olmaqdadır.

Qısa tanışlıq: Umarova Naciyə Ziyvər qızı 1962- çi ildə Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olub.1970- ci ildə Oğuz rayonu Ə. Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1980- ci ildə həmin məktəbin onuncu sinifini bitirmişdir.
1980-1982- ci illərdə kolxozda çalışıb, 1983- cü ildə V.İ.Lenin adına APİ - nin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1988- ci ildə təhsilini uğurla başa vurub.
1983-1986- cı illərdə Malax kənd klubunda işləyib. 1986- cı ildən 1988- ci ilədək, Oğuz rayonu Caluf kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
1988- ci ildən ailə vəziyyətilə əlaqədar Baş Daşağıl kənd orta məktəbində tərbiyəçi kimi çalışıb. 1998- ci ildən hal-hazıradək həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
Həyat yoldaşı Əmrahov Bahadur Mustafa oğlu Gəncə Kənd Təsərrüfatı Akademiyasının zooltexnik fakültəsini bitirib. İki övladı var.
Qızı - Mustafazadə Xanım Bahadur qızı, Azərbaycan Müəllimlər İnstitutunun ibtidai sinif müəllimi fakültəsini bitirib, ailəlidir. Hal - hazırda Bakı şəhərində 316 saylı məktəbdə sinif müəllimi kimi fəaliyyət göstərir.
Oğlu - Mustafazadə Fərid Bahadur oğlu, Azərbaycan Texniki Universitetinin kompüter elmləri fakültəsini bitirib. Hal- hazırda Azərbaycan MMC - nin ŞQRF nin Oğuz şöbəsində paspotlaşma üzrə mütəxəssis işləyir.
Naciyə xanımın müəllim fəhminin ən yüksək fövqündə məhz ali ziyalılıq durur. Onun ədalət duyğusu ən çətin təlatümləri əritmək gücündədir. Çünki əmək mayasının kökündə müəllimlik kimi müqəddəslik durur.
Naciyə xanım öz xalqını ürəkdən sevir, xalq yolunda hər bir çətinliyə dözməyə hazırdır. Yetişdirdiyi şagirdlərə də məhz bu ali keyfiyyətləri aşılayır.
Onun xüsusi estetik zövqü var. Fikirlərinin fəlsəfi dəyərini sadə ısrarlarda axtarır. Bir növ, yaddaşa sadə dillə neçə təsir etməyin yollarına işıq səpir. Bunun üçün nə dəridən - qabiqdan çıxır, nə də qarşısına planlı məqsəd qoyur, sadəcə, duyğularına inanıb ruhunu iç dünyasının limanı sanır. Onun mərdanəlik hissi ailəsinin inam kəbəsidir.
O, vaxtın, zamanın ucada tutduğu ziyalıdır. Xeyirxahdır, zəhmətə bağlılığı çalışdığı sahəyə sevgisində açıq - aşkar görünür; tükənməz enerjili insandır. Ruhundakı milli hiss hər kəsi valeh edir. Kimdənsə təmənna gözləməyən, heç bir əvəz istəməyən vətəndaşdır. Ətrafındakıların sevincini, arzu və istəklərini özününküləşdirməyi bacarır. Bununlada ucalır qazanır.
Naciyə müəllimə hamıya eyni qayğıyla yanaşır, hamını eyni mehribanlıqla dinləyir, hər kəsi biliyinə və bacarığına görə qiymətləndirir. Ömründə heç zaman haqsızlıq etməyən, haqqa inanan və haqqa arxalanan Naciyə müəllimə özü kimi sözü də bütövdür. Başqa cürə də ola bilməz. Axı o, müəllimədir.
Soldan sağa: Naciyə Umarova, Natiqə Quliyeva
Naciyə müəllim şagirdləri arasında

Son xəbərlər

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır

Fərhad Əsgərov: işıqsız hücrələrdə təlaşla çırpınan dürüst insan - FOTO

Müəllifi: Natella Nur - İLAXIR ÇƏRŞƏNBƏSİ - FOTO

QIZBƏS QƏBƏLƏ : SƏKSƏKƏ - ALLAH BU YUXUNU XEYİRƏ CALA - FOTO

Sabah 17 dərəcə isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : YURDUMA BAHAR GƏLİR - FOTO

Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib

Milli Məclisin növbəti plenar iclası başlayıb

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Bakının bir sıra yollarında tıxac yaranıb

ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

İran bu Avropa ölkəsinə xəbərdarlıq etdi

İran Hörmüzü bu şərtlərlə açacaq

Dediklərinizə diqqət edin - Dinləyirlər

Tramp Starmeri müşavirlərindən həddən artıq asılı olmaqda tənqid edib

Berlin hava limanında bütün uçuşlar ləğv edilir

"Putin ABŞ-dən və ordumdan qorxur" - Tramp

Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Adı kimi əziz və hörmətli rəfiqəmə ad günü təbriki... - FOTOLAR

Yeni işi bəlli oldu

Sonuncu Qədr gecəsidir

Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək

“Hazırda biz “kağız pələng”lə məşğuluq” - Tramp

Mobil telefonlar sağlamlıq üçün zərərlidirmi, xərçənglə əlaqəsi varmı?

İnsanların çoxu liftdə bunu hər gün edir - təhlükəli səhvlər

Bakının bu prospektində yenilik - Yaxın günlərdə...

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031