Turaztv.az » Xəbərlər » Ərdoğan Vuçiçi qəbul etdi
Xəbərlər

Ərdoğan Vuçiçi qəbul etdi

12.02.2026, 20:10 109
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfərə gələn serbiyalı həmkarı Aleksandr Vuçiçi qəbul edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Prezident Sarayında təşkil olunan rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, prezidentlər fəxri qarovul dəstəsinin önündən keçiblər.

Qeyd edək ki, görüşlərin yekunu olaraq müxtəlif sahələri əhatə edən yeni əməkdaşlıq sənədlərinin imzalanması və birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

Oxşar xəbərlər