Xəbərlər
“Zamanın sorağında” - FOTOLAR
139 yaşlı Basqal qəsəbə orta məktəbinin böyük ziyalı ordusunun – alimlərin, görkəmli dövlət xadimlərinin, müxtəlif peşə sahiblərinin, xalq qədrini bilən, onun kədəriylə qüssələnən, şad günü ilə sevinən, həyatda doğru-düzgün yol tutan insanların yetişməsində rolu danılmazdır. Çar Rusiyasının müstəmləkəçilik məqsədlərindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin inkişafı yerli amillərin təsiri altında ildən-ilə daha artıq hiss olunurdu. Çarizmin ucqarlarda xalq maarifi sahəsindəki mürtəce siyasəti ilə əlaqədar müəllim kursları hazırlamaq üzrə Azərbaycan şöbəsinin uzaqda - Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili XIX əsr müəllim kadrları hazırlığında mühüm mərhələdir.
Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus dünya pedaqogikasının görkəmli nümayəndələrinin təlim-tərbiyə ideyalarından və məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri elm və maarif məşəlini uzaq-uzaq kəndlərimizə apararaq dünyəvi təhsildən kənarda qalmış uşaqların gözünü əsaslı savad nuru ilə işıqlandırmaq üçün böyük ruh yüksəkliyi bu çətin, lakin çox şərəfli bir işə başlayırdılar. Azərbaycanlılardan müəllim kadrları hazırlanması Azərbaycan kəndlərində və şəhərlərində yeni-yeni məktəblər açılmasına şərait yaratdı və bu işi sürətləndirdi.
Belə məktəblərdən biri 25 avqust 1887-ci ildə mədəniyyətin, incəsənətin qədrini bilən, varlı, gözüaçıq sahibkarların, tacirlərin çox olduğu qədim sənətkarlıq yurdu Basqalda açıldı. Məktəbi himayəsinə götürməyi yazılı şəkildə öhdələrinə alan nüfuzlu ağsaqqalları elə ilk gündən onun ehtiyacları ilə yaxından maraqlanmışlar. Məktəb açmağın yeni xərcini, o cümlədən yeni bina tikməyi, tikilənə qədər isə tədris binası, gəlmə müəllimlərin isə mənzil ilə, yanacaq ilə təmin edilməsini öz öhdələrinə götürmüşlər.
Basqalda məktəbin açılması böyük sevinclə qarşılanıb. Açılışda iştirak edən rəsmi və nüfuzlu şəxslər sırasında gələcəyin məşhur pedaqoqu Rəşidbəy Əfəndiyev də olub. O zaman Qori Seminariyasını və Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunu bitirmiş 24 yaşı olan gənc pedaqoq, yazıçı, etnoqraf çıxışında məktəbin faydasını izah edib.
R. Əfəndiyev irad etdiyi nitqində deyib: “Əziz atalar və babalar! Sizi çox vacib və həqiqətən çox faydalı işin başlanması münasibəti ilə təbrik edirəm. Sizin pulunuzla açılan bu məktəb uşaqlarınızın burada aldığı elm, bilik, əməksevərlik və düzgünlüyü heç vaxt, heç kəs onlardan ala bilməz. Uşaqlarınız məktəbdə təlim almaqla əməyə və intizama alışaraq nəyin düz, nəyin əyri olması haqqında təsəvvürə malik olacaqlar. Onlar məktəbi bitirdikdən sonra yaxşı işçi və təsərrüfatçı olacaqlar”.
Qəza mərkəzindən göndərilən rəsmi şəxslər və yerli əhalinin nümayəndələri siyahıda olan 20 nəfər şagirdi də məktəbin açılışı münasibətilə təbrik edib və onlara Allahdan uğur diləyiblər.
R. Əfəndiyev ikisinifli məktəbdə dərs deyəcək müəllimləri – Qori Seminariyasının məzunu, anası basqallı, atası gəncəli olan Məmmədəli Nəsibzadəni və Şamaxıda “Üsuli-cədid” məktəbini bitirmiş Xaliq Fətəlizadəni əhaliyə təqdim edib. Dərslərə elə açılışın ertəsi günü yuxarı məscidin həyətindəki ikimərtəbəli yaraşıqlı hücrənin üst mərtəbəsində başlanıb.
1975-ci ilin yanvar ayında baş vermiş yanğın zamanı məscid binası və hücrə yanaraq külə dönüb, lakin möcüzəvi təsadüf nəticəsində ictimaiyyət üçün qiymətli olan bir yığın sənəd dəmir mücrüdə salamat qalıb. 1898-1899-cu dərs ili üçün tərtib edilmiş tədris planına Azərbaycan, rus, fars və ərəb dilləri, hesab, rəsm daxil olub. Məktəbdə təhsil müddəti əvvəlcə 4 il, 1916-1917-ci dərs ilindən isə 7 il olub.
Əldə edilən sənədlərdəki statistik rəqəmlərdən məlum olur ki, əvvəllər ata-analar uşaqlarını məktəbədə bir qədər həvəssiz veriblər. Lakin vaxt keçdikcə təlimə həvəs güclənib, əhali təhsilin əhəmiyyətini daha aydın dərk etməyə başlayıb. Əsrin əvvəllərində Basqal “Zemstvo” məktəbində 55-60 şagird oxuyub. Məktəbi bitirənlər Azərbaycan, rus və fars dillərində sərbəst yazıb, oxuyub və danışıb.
1895-1897-ci illər ərzində Dəmirçibazar məhəlləsinin nisbətən geniş sahəsində 8 hündür, işıqlı sinif otağından ibarət məktəb binası inşa edilib. Döşəmədən tavana qədər hündürlüyü olan slindirik divar sobalarından, enli, uca, yaraşıqlı, qapı-pəncərələrin quruluş üslubundan məlum olub ki, binanı yüksək ixtisaslı rus mühəndisləri layihələşdirib. İçərisi odadavamlı kərpiclə hörülmüş dəmir sobalar bütün sinif otaqlarında dəhlizdən yandırıldığından içəridə heç vaxt tüstü olmazdı. Təəssüf ki, 1987-ci ildə qəsəbədən xeyli uzaqda, maşınların intensiv işlədiyi, həmişə təhlükə gözlənilən yolun kənarında yeni məktəb binası istifadəyə veriləndən sonra qoynunda övladlar yetişdirmiş, hələ on illərlə də belə möhtəşəm, nəcib işə xidmət edə bilən həmin məbəd xaosun qurbanı olub, sökülüb.
Qeyd etdiyimiz kimi, tanınmış maarifçi, Basqalda ilk məktəb müdiri olmuş Məmmədəli Nəsibzadədən başlamış bu tədris ocağının hazırda 139 yaşı var.
Belə bir məktəb haqqında basqallı yazar Ağasəf Nadiroğlu “Zamanın sorağında” adlı nəfis tərtibatda kitab çap etdirib. Ömrünün müdriklik çağlarını yaşayan müəllif bir dəfə də olsun “yoruldum” sözünü dilə gətirmədən gənclik həvəsilə yazıb-yaradır. Onun istək və arzusu təkcə təhsil sahəsini qələmə almaq deyil. O, bütünlüklə ulu torpağımızı, Vətənimiz Azərbaycanı, onun ən dilbər guşələrindən biri olan İsmayıllı rayonunun qədim Basqal qəsəbəsini böyük həvəslə, ürəkdən sevə-sevə, həddi-hüdüdü bilinməyən istək və arzularla öz yaradıcılığında bədii çalarlarla tərənnüm etməyi qarşısına məqsəd qoyub.
Basqalın təhsil sahəsinə həsr etdiyi “Zamanın sorağında” adlı kitabında A.Nadiroğlu oxuculara bəzi məqamları çatdırmaq istəyib. Müəllifin bu məktəbin tarixini və tədris işininin bütün incəliklərini özündə əks etdirən belə bir kitabı yazmasını heç də təsadüfi hal saymaq olmaz. Belə ki, o, bütün həyatı boyu qəlbi təhsilin çoxşaxəli qayğıları, müxtəlif çeşidli problemləri ilə döyünüb, məktəblərin şad gününü elə özünün sevincli-fərəhli günü hesab edib, onların çoxsaylı uğuru ilə nəfəs alaraq yaşayıb və işləyib. Məhz bu səbəbdən yenə də o, ona rahatlıq verməyən, daim qəlbində alovlanan el-obanın istək və məhəbbətindən qidalanan təhsil sahəsinə aid canlı xatirələrini oxucularla yenidən bölüşmək istəyib. Qəlbində odu və közü sönmək bilməyən ülvi və coşqun sevgi hisslərini yazıya köçürüb kitab halında çap olunmasını qərara alan A,Nadiroğlu bu məqsədinə demək olar ki, nail olub. Özünün dediyinə görə, “Zamanın sorağında” adlı kitab üzərində düz 3 ildir çalışır. Özü təhsil işçisi olmasa da, bu sahənin inkişafından bəhs edən kitabı ilə müəllim kollektivini, eləcə də basqallıları sevindirib. Azərbaycan təhsilinə böyük və əvəzsiz töhfələr vermiş bu məktəbin ötən illərdə yaşadığı tarixi dövrü qələmə almaq kimi məsuliyyətli, çox çətin, lakin şərəfli bir vəzifəni öz qarşısına məqsəd qoymuşdu. Budur, kitab əlimizdədir.
Diqqətlə oxuyur, keçmişimizi xatırlayır, gözlərimiz önünə gətiririk. Kimlər yoxdur bu kitabda? Ağasəfə də, mənə də, digərlərinə də dərs demiş azman müəllimlərin fotoşəkillərinə, barələrində yazılara nəzər salanda nələr, kimlər, hansı xatirələr yada düşmür?!
Ağasəf Nadiroğlu məktəbin keçmişi və bu günü ilə salamlaşır. Sanki xəyallar aləminin köməyilə keçən illərə səyahətə başlayır. Məktəbin 139 ildə təhsil sahəsində keçdiyi yolu bütün xırda detallarınadək açmağa və xatırlamağa çalışır. Yaddaşının süzgəcindən dumduru bulaq suyu kimi süzülüb gələn saf və şirin xatirələri elə bil dünən baş vermiş hadisə kimi asanlıqla yadına salır. Sanki bu anda keçən 139 ildə olan bütün hadisələr kino lenti kimi bir-bir onun gözü önündən yavaş-yavaş gəlib keçir...
Kitabda maraqlı bölümlər də var. Basqalın tarixi ilə bərabər, adət-ənənələri, tarixi əraziləri, milli mətbəxi, eləcə də müəllifin özünün şəxsi yaradıcılığı – hekayələri, şeirləri geniş yer tutub.
Ümid edirik ki, oxucular Ağasəf Nadiroğlunun R.Novruzov adına Basqal qəsəbə orta məktəbinin tarixinə həsr etdiyi bu kitabı maraqla qarşılayacaqlar. Kitabı diqqətlə oxuduqdan sonra onların məktəb haqqında bildikləri, eləcə də bədii zövqləri daha da yüksələcək.
Daşdəmir ƏJDƏROĞLU