Turaztv.az » Xəbərlər » Konqoda mədəndə torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb
Xəbərlər

Konqoda mədəndə torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb

10.02.2026, 00:08 130
Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində 10-dan çox insan həlak olub.

Turaztv.az APA-ya istinadən xəbər verir kio, bu barədə "Actualite" portalı məlumat yayıb.

Məlumata görə, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində azı 11 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Faciə fevralın 7-nə keçən gecə baş versə də, bu barədə məlumat yalnız indi yayılıb.

Oxşar xəbərlər