
Xəbərlər
9.02.2026, 15:29
CÜMŞÜD AYDƏMİR : Xatirə özüylə apardı ,itdi - FOTO
"Gənclik illərinin şeirləri" silsiləsindən.
Ey könül
Tale yazısından qaça bilmədim,
Qəzavü-qədərdən qaçdım,ey könül.
Mən sənin əlindən qaça bilmədim,
Sən cavan yasımda vuruldun, könul,
Üfürə-üfürə içərdim suyu,
Deyərdim qazarlar mənə bir quyu,
Qorxub çəkindiyim elə bu duyğu,
Sevgimi daşlara çırpdı, ey könül.
Qalandı eşqimə ol gülürüxsar,
Dincliyim pozuldu etdim ahu-zar,
Kül oldu istəyim,yandı arzular,
Sən harda itmişdin,söylə,ey könül?
Bir şirin yuxu tək gəldi və getdi,
Xatirə özüylə apardı , itdi,
İzi ürəyimdə dərindi, şişdi,
Demə oldu keçdi, bir işdi, könül.
Cümşüdün qəlbində qaldı dərdi sər,
Bir də o küləkdən çətin ki, əsər,
İlk sevgi hələ də elə tüstülər,
Korun-korun yanan ocaq tək könül,
Korun-korun yanan ocaq tək könül!
Qəzavü-qədərdən qaçdım,ey könül.
Mən sənin əlindən qaça bilmədim,
Sən cavan yasımda vuruldun, könul,
Üfürə-üfürə içərdim suyu,
Deyərdim qazarlar mənə bir quyu,
Qorxub çəkindiyim elə bu duyğu,
Sevgimi daşlara çırpdı, ey könül.
Qalandı eşqimə ol gülürüxsar,
Dincliyim pozuldu etdim ahu-zar,
Kül oldu istəyim,yandı arzular,
Sən harda itmişdin,söylə,ey könül?
Bir şirin yuxu tək gəldi və getdi,
Xatirə özüylə apardı , itdi,
İzi ürəyimdə dərindi, şişdi,
Demə oldu keçdi, bir işdi, könül.
Cümşüdün qəlbində qaldı dərdi sər,
Bir də o küləkdən çətin ki, əsər,
İlk sevgi hələ də elə tüstülər,
Korun-korun yanan ocaq tək könül,
Korun-korun yanan ocaq tək könül!
Xudat. 09.02.26
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











