43 il ayaq " döydüyüm" nəşriyyatı tərk etdim...
Qızımdan bir neçə saat xəbərsiz oldum. Ümumiyyətlə insan atasız, anasız qaldıqdan sonra dərdli olur. Allah insana səbr versə də... Həyat boyu da insan sevincli, acılı çox həyəcanlar yaşayır - evli olmaq, ata, ana olmaq, özünün və sevdiklərinin əlamətdar günlərini yaşamaq, fəxri mükafatlara layiq görülmək, aldanmaq, sevilmək, sevmək, istədiklərinə nail olmaq, canından əziyyətlər görmək, əməliyyatlardan keçmək, milli və dünyəvi ağır xəbərləri və şok sevincləri, fəxri yaşamaq və s... Bütün bunlar şəxsi həyatın qarşısında dura bilmir. Yəni qəlbin təlatümü çox sevdiyin, bağlandıqlarından ayrılıq qorxusu altında baş verir. Mən çox sevinirəm ki, bu təlatümü cavan yaşında deyil, 60 astanasında gördüm. Çünki artıq cavan yaşındakı kimi "dəli" olmuram: səbr, zəka, hövsələ kömək edir. Amma mənəvi məhv olursan, qəlbin artıq bu cür "ağır yükü" qaldıra bilmir. Canın böyük zərbələrdən, təlaşdan öz sağlamlığını itirir, ömrünün günləri azalır. Mən özümü bir neçə xəstəliklə necə cavan hiss etsəm də, bu kimi məqamlar insanı təlaşa salır. Daha doğrusu həyatı gözdən salır, yaşamaqdan bezdirir. Əslində hər bir kəs kimi mənim də həyatımda çox çətin, çox xoşbəxt günlər olub. Hazırda sanki həyatdan doymuşam, istədiklərimin hər biri həyata keçib, artıq nə arzulayacağımı bilmirəm. Canıma bağlı olanların da bu həyatda mən olsam da, olmasam da ömür əmanətinin hər bir yolundan keçəcəklərini bilirəm. Mənim kimi möhkəm və mübariz olacaqlarını və gözəl ürək sahibi olaraq xoşbəxtliklərini görəcəklərinə inanıram.
Amma mətbuatın darmadağın edilməsi bu sahədəki ümidlərimə ağır zərbə vurdu...

Sənubər Səhər

Son xəbərlər

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31