Bakı Dövlət Sirki Yeni il bayramları ərəfəsində “Yeni il karvanı” adlı xüsusi proqramını təqdim edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif ölkələri təmsil edən sirk sənəti ustaları həm ənənəvi, həm də müasir nömrələrlə çıxış ediblər. Tamaşalar tamaşaçıların və artistlərin Yeni il bayramının qarşısını almağa çalışan bədxah Baltazarın cəhdlərinə qarşı birləşdiyi maraqlı süjet xətti ətrafında təqdim olunub.

“Yeni il karvanı” jonqlyorluq sənətindən güc nümayişlərinə, akrobatların balans hərəkətlərindən hava gimnastının həyəcanverici uçuşuna qədər ardıcıl şəkildə davam edib. Arenada “müxtəlif çəki kateqoriyalarına” aid itlərin peyda olması isə tamaşaçılarda xüsusi heyranlıq doğurub.

Proqramın adının özü də dəvələrin iştirakına dair gözlənti yaradırdı. Səhnədə bu fleqmatik, eyni zamanda, kifayət qədər bəslənmiş və baxımlı “səhra gəmiləri”nin parlaq sirk işıqları altında görünməsi publika arasında böyük ajiotaj yaradıb. Bu qeyri-adi anturajda çıxış edən artistlərin nömrələri həm fasilə zamanı, həm də tamaşa bitdikdən sonra geniş müzakirə olunub.

Sirk ab-havasının xoş emosional gərginliyi bütün tamaşa boyu, onun kulminasiya nöqtəsi olan möhtəşəm moto-şouya qədər azalmayıb. Bu nömrə bayram əhvali-ruhiyyəsinə qərq olmaq üçün həmin gün sirkə gələn hər kəsdə, sözün əsl mənasında, nəfəs kəsən təəssürat yaradıb.

Tamaşa sanki böyüklərlə çoxsaylı uşaqlar arasındakı sərhədi aradan qaldırıb. Bu, xüsusilə fasilələr zamanı səhnəyə çıxan və səhnəcikləri ilə gülüş doğuran məzəli kloun cütlüyünün çıxışlarında hiss olunub. Onların “şıltaqlıqlarında” iştirak etmək dəvətinə tamaşaçıların böyük həvəslə qoşulması zalda gur alqışlara səbəb olub.

Məhz alqışlar, eləcə də salamlayıcı ayaq səsləri yaşanan emosiyaların əlavə göstəricisi kimi Yeni il personajlarının “azad olunmasına” kömək edən qüvvəyə çevrilib və onlar tamaşaçılara “qar topu” oyunu oynamağı təklif ediblər. Şaxta babanın arenada görünməsi və Yeni il ağacının təntənəli şəkildə “ucaldılması” isə uşaq auditoriyası üçün böyük sevinc yaradıb və onların səhnəyə yaxınlaşmaq istəyi ilə müşayiət olunub.

Bakı Dövlət Sirki 2026-cı il yanvarın 11-dək paytaxt sakinlərini və şəhər qonaqlarını “Yeni il karvanı” səyahətində Yeni ilə məxsus sehrli bayram ovqatı ilə sevindirməyə davam edəcək.

Xatırladaq ki, şapito-sirk Səbail rayonunda, Su İdmanı Sarayının yaxınlığında, akademik A.Yaqubov küçəsi 15 ünvanında yerləşir.

Biletləri “iTicket.az” saytından əldə etmək mümkündür.

Son xəbərlər

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31