PA rəsmisi: Prezident İlham Əliyevin çıxışları informasiya müharibəsində həlledici rol oynayıb

Bu gün informasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və bu reallıq Qarabağ müharibəsi zamanı açıq şəkildə özünü göstərib.

APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti informasiya təhlükəsizliyinin əhəmiyyətini və dezinformasiyaya qarşı mübarizənin vacibliyini öz təcrübəsində aydın şəkildə görüb. Beş il öncə işğal altında olan ərazilərin azad olunması zamanı ölkəmizə qarşı böyük dezinformasiya hücumları edilmişdi.

PA rəsmisi qeyd edib ki, Azərbaycan öz qapılarını xarici media nümayəndələri üçün açdı. Onun sözlərinə görə, bəzi media qurumları qərəzli mövqe tutsa da, onların nümayəndələri Azərbaycana gələrək reallığı yerində gördülər. Azərbaycan dövləti isə hər gün keçirilən mətbuat konfransları vasitəsilə xarici media nümayəndələrinə xronoloji və faktlara əsaslanan məlumatlar təqdim edib.

Çıxışda dövlət rəhbərliyinin roluna da toxunan PA-nın sektor müdiri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə şəxsən özü 30-dan artıq aparıcı beynəlxalq media qurumuna müsahibə verib. Bu müsahibələr BBC, CNN, “France 24”, “Al Jazeera“, “Al Arabia”, TRT, ARD, “La Figaro” və digər nüfuzlu media platformalarını əhatə edib.

O vurğulayıb ki, nəticədə Azərbaycan informasiya müharibəsində son dərəcə effektiv mexanizm formalaşdırıb və bu prosesdə Türkiyə mediasının, eləcə də ümumilikdə Türk dünyası mediasının dəstəyi xüsusi əhəmiyyət kəsb edib. O, eyni zamanda yerli media resurslarının və jurnalistlərin fədakar fəaliyyətini də qeyd edib.

Bu nümunələrin xatırladılmasının əsas məqsədinin böhran dövrlərində informasiya təhlükəsizliyinə qarşı yarana biləcək təhdidləri və onlara qarşı mübarizə yollarını göstərmək olduğunu bildirən sektor müdiri Azərbaycan və Türkiyə arasında 2020-ci ildə yaradılan Birgə Media Platformasının əhəmiyyətini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, artıq beş ildən çoxdur ki, bu platforma çərçivəsində mühüm işlər görülür və əməkdaşlıq davamlı şəkildə genişlənir. PA rəsmisi dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində platformanın daha da inkişaf etdirilməsi və effektivliyinin artırılması üzərində işlərin davam etdiyini bildirib.

O, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üçün möhkəm əsasların mövcud olduğunu, ortaq tarix, mədəniyyət və kimliyin bu əməkdaşlığa strateji üstünlük verdiyini qeyd edib. O əlavə edib ki, son illər təşkilat çərçivəsində media və informasiya sahəsində mühüm addımlar atılıb. Qeyd olunub ki, Azərbaycan bu istiqamətdə ilk dəfə Türk Dövlətləri Təşkilatının media forumuna ev sahibliyi edib, daha sonra informasiya və media üzrə məsul şəxslərin toplantıları keçirilib. Bu tədbirlər dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini göstərir.

PA rəsmisi vurğulayıb ki, media savadlılığının yüksəldilməsi bu prosesin əsas tərkib hissəsidir. Onun sözlərinə görə, media savadlılığı yalnız informasiyanı oxumaqla məhdudlaşmır, eyni zamanda mənbələrin araşdırılması, məlumatların düzgünlüyünün yoxlanılması və manipulyasiya cəhdlərinin ayırd edilməsi bacarığını əhatə edir.

Xüsusilə gənclər arasında media savadlılığının artırılmasının vacibliyini qeyd edən sektor müdiri bildirib ki, Azərbaycan dövləti bu sahədə qanunvericilik təşəbbüsləri, institusional islahatlar və beynəlxalq əməkdaşlıq vasitəsilə ardıcıl addımlar atır.

Sonda bildirilib ki, bu gün Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin mühüm mərkəzlərindən birinə çevrilib və Şuşada keçirilən Qlobal Media Forumları bu prosesin bariz nümunəsidir.

Son xəbərlər

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31