Bu gün Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yubiley tədbirindən əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Rəsmi tədbirdən öncə Gülüstan Sarayında təşkil olunan “Təhsil və İrs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.

Yubiley yığıncağı Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.

Rəsmi tədbirdə açılış nitqi ilə çıxış edən rektor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.

Gülçöhrə Məmmədova 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisinin məzun olduğunu deyib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sözügedən universitetin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.

Nazir qeyd edib ki, AzMİU-da həyata keçirilən təhsil islahatları, beynəlxalq akkreditasiyalar və xarici ali məktəblərlə qurulan əməkdaşlıqlar universitetin qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Nazir beynəlxalq reytinqlərdə əldə olunan nəticələrin məqsədyönlü fəaliyyətin göstəricisi olduğunu, bu nailiyyətlərin həm akademik keyfiyyətin yüksəldilməsi, həm də elmi tədqiqatların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Emin Əmrullayevin sözlərinə görə, elmi tədqiqatların keyfiyyətinin artırılması təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. AzMİU-da bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət də ali təhsilin məzmununun zənginləşdirilməsinə və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

Nazir AzMİU-nun mühüm sosial və strateji layihələrdə fəal iştirakını xüsusi qeyd edib. Bildirib ki, Kəlbəcər şəhərində məktəbin tikintisi, eyni zamanda Qarabağ Universitetinin inşası zamanı AzMİU-nun mühəndislərinin göstərdiyi fəallıq bu gün 50 illiyini qeyd edən ali təhsil ocağının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi töhfənin bariz nümunəsidir.

Daha sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən film nümayiş etdirilib.

Rəsmi hissənin davamında çıxış edən digər qonaqlar universitetin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunublar.





Son xəbərlər

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31