Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisinin açılışı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə muzey, Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli sərgi barədə məlumat verib. Nazir vurğulayıb ki, sərginin məqsədi sənətkarın zəngin irsinin cəmiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsidir.

“Bu prosesdə özəl sektorun mədəniyyətə və incəsənətə göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu cür layihələrin sayı çox olacaq. Azərbaycan dövləti mədəniyyət xadimlərinin irsinin qorunması və yaşadılması üçün daim diqqət və qayğı göstərir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Azərbaycan musiqi mədəniyyətinin dünyada elçisi kimi tanınan dahi sənətkar Rəşid Behbudovun irsinin yaşadılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Sənətkarın dünyaya səs salmış, özünəməxsus üsluba malik incəsənəti Azərbaycanı beynəlxalq miqyasda tanıdıb və onun irsi həm ölkəmizdə, həm də xaricdə geniş şəkildə təqdim olunur”, - deyə A.Kərimli əlavə edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova sərgidə Rəşid Behbudovun musiqi dünyasının simasını, onun sənətkar obrazını, həyat və yaradıcılığını təsviri sənətin dili ilə tamaşaçılara təqdim etməyə çalışdıqlarını bildirib.

Muzeydə Rəşid Behbudovun şəxsi kolleksiyasına aid zəngin fotoarxivin də sərgiləndiyini diqqətə çatdıran Ş.Məlikova deyib: “Bu fotolar vasitəsilə onun həyatının ən parlaq məqamlarına nəzər salmaq olar. Həmçinin sənətkarın şəxsi əşyaları da ilk dəfə ictimaiyyətə təqdim edilir. Onun əlyazmaları, ömrünün son illərində qələmə aldığı məktublar, daim özü ilə daşıdığı kiçik təsbeh və digər nadir nümunələr sərginin əsas eksponatları sırasındadır. Təbii ki, Rəşid Behbudovun səsi də bu sərginin ayrılmaz hissəsidir. Onun filmlərindən və səhnə çıxışlarından seçilmiş fraqmentlər nümayiş etdirilir”.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov söyləyib ki, Rəşid Behbudov yaradıcılığı təkcə bir dövrün deyil, bütövlükdə milli mədəniyyətimizin ifadəsidir.

“O, Azərbaycan mədəni kimliyinin ayrılmaz tərkib hissəsi, milli musiqi tariximizin zirvələrindən biridir. Unudulmaz sənətkarımızın anadan olmasının 110 illiyi münasibətilə bu gün təqdim olunan videoda da qısa şəkildə izlədiyimiz rəsm əsəri xüsusi məna daşıyır”,- deyə o vurğulayıb.

Nümayiş olunan əsərin sərgidən sonra Şuşaya aparılacağını nəzərə çatdıran A.İbrahimov əlavə edib: “Əsəri Şuşa Rəsm Qalereyasına hədiyyə edəcəyik. Bərpa işi yaddaşlardan, xatirələrdən, mənəvi irsdən toplanaraq yenidən həyata qaytarılmış dəyərdir. Rəşid Behbudovun bu portretində yalnız onun surəti deyil, eyni zamanda ruhu, sənətinin gücü və yaşadıcı enerjisi də əks olunub. İndiki və gələcək nəsillər bu portretə tarixi yaddaşımızın canlı nümunəsi kimi baxacaqlar. Bu tədbir bir daha göstərir ki, mədəni irsin qorunması və inkişafı təkcə mədəniyyət qurumlarının işi deyil. Bu, cəmiyyətin bütün təbəqələrinin - o cümlədən bank sektorunun, özəl sektorun və ümumilikdə bütün ictimai institutların ortaq məsuliyyəti və ümumi işidir. Biz də bu yanaşmanı uzunmüddətli sosial məsuliyyət siyasətimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirik. Çünki bizim üçün inkişaf yalnız artan iqtisadi göstəricilər və müsbət proqnozlarla deyil, eyni zamanda milli-mənəvi dəyərlərə sahib çıxmaq, onları qorumaq və yaşatmaqla ölçülür”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov, ali dərəcəli bərpaçı, Əməkdar rəssam Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev də sərgi haqqında fikirlərini bildiriblər.

Sərgi dekabrın 31-dək davam edəcək.




















Son xəbərlər

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31