Azərbaycan Respublikası Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli " Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuş Ağacan Abiyevin şərəfinə həsr olunmuş birinci boks turnirinin açılış mərasimi keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən turnirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Parad iştirakçıları, məşqçilər və hakimlər marş sədaları altında idman arenasına daxil olublar.

Açılış mərasimində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Ağacan Abiyevin Azərbaycan idmanındakı əvəzsiz xidmətlərindən və ölkəmizdə boksun inkişafına verdiyi mühüm töhfələrdən danışıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O bildirib ki, müstəqillik dövründə Azərbaycanda yeniyetmələr arasında ilk beynəlxalq turnirin təşəbbüskarı məhz Ağacan Abiyev olub.

Çingiz Hüseynzadə vurğulayıb ki, 1990-cı illərin sonlarında bu turnirin təşkil edilməsi Azərbaycanın beynəlxalq idman arenalarında təşkilatçı ölkə kimi tanınmasında mühüm rol oynayıb və bu istiqamətdə Ağacan Abiyevin xidmətləri əvəzsizdir. MOK rəsmisi bu yaxınlarda Ağacan Abiyevin Avropa Olimpiya Akademiyası tərəfindən Avropa Olimpiya Hərəkatında və idmanın inkişafında göstərdiyi xidmətlərə görə xüsusi mükafata layiq görülüldüyünü qeyd edərək həmin mükafatı Ağacan Abiyevə təqdim edib.

Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov turnirin əhəmiyyətindən danışaraq ötən həftə Azərbaycanın ən gənc boksçusu Sübhan Məmmədovun dünya çempionu olduğunu vurğulayıb və onun dünyada bu uğura layiq görülən ən gənc boksçu olduğunu diqqətə çatdırıb.

Tədbirdə Ağacan Abiyev boks əlcəyini imzalayaraq Sübhan Məmmədova verib.

Dünya çempionu Sübhan Məmmədov çıxışında Ağacan Abiyevə dəyərli hədiyyəyə görə minnətdarlığını bildirərək, Olimpiya Oyunlarında da eyni uğuru təkrarlayacağına əminliyini ifadə edib.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Ağacan Abiyevin xidmətlərindən danışaraq bildirib ki, o, 28 ilə yaxın İdman Akademiyasına rəhbərlik edib və beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, elm adamı və pedaqoq kimi gənc idmançıların formalaşmasında xüsusi rol oynayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova turnirin yeniyetmə idmançılar üçün əhəmiyyətini vurğulayıb. O, ardınca Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzv kitabçasını Ağacan Abiyevə təqdim edib.

Mərasimdə boks üzrə beynəlxalq dərəcəli hakim Elnur Məmmədli turnirin təşkilatçılarına minnətdarlığını bildirərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra turnirin hakimlər heyəti yarış iştirakçılarına təqdim edilib. Tədbirdə Ağacan Abıyev haqqında videoçarx təqdim edilib. Tədbirin bədii hissəsindən sonra 1/4 final yarışlarına start verilib.

Qeyd edək ki, dekabrın 19-dək davam edəcək turnirdə Bakının "Qızıl əlcək", "Dinamo", "Təhsil", "Neftçi" , AHTİA, MOİK komandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxın boksçu qüvvsini sınayır.

18 çəki dərəcəsi üzrə keçiriləcək yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir. Turnirin final görüşləri dekabrın 19-da keçiriləcək.


Son xəbərlər

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31