Xəbərlər
10.12.2025, 23:18
MƏNZƏRƏ - FOTO
Elxas Comərd
Yaman kövrək gördüm, göy üzün səhər,
Anası danlamış uşaq kimiydi.
Bulud barmağını çəkdi birtəhər,
Baxdım ki, günəşdə ocaq kimiydi.
Hərdən ağarırdı, solurdu bəniz,
Bulud bir-birini qovub keçirdi.
Elə bil göydəydi dalğalı dəniz,
Qabarıb, çəkilib, sığal çəkirdi.
Şimşəkdə bağrını yarmışdı göyün,
Bilmədim sökürdü, kəhriz çəkirdi?
Kim idi, orada belə ərköyün?
Suyu şırıltıyla yerə tökürdü.
Çəmənlik, gül-çiçək, bütün ağaclar,
Şıltaq uşaqlar tək çimişirdilər.
Budaqdan, budaqa uçan sərçələr,
Elə bil, bu hala gülüşürdülər.
Bu da təbiətin bir gözəlliyi,
Bunu bəxş edənin qüdrətinə bax.
Hikmətin, anlamı, sirr gözəlliyi,
Baş verən hər işin şəfqətinə bax.
Başımı qaldırıb uca səmaya,
Dedim, sənə şükür gözəl İlahi.
Kaş—edib söylədim qoca səmaya,
Belə yuyulaydı insan günahı.
Anası danlamış uşaq kimiydi.
Bulud barmağını çəkdi birtəhər,
Baxdım ki, günəşdə ocaq kimiydi.
Hərdən ağarırdı, solurdu bəniz,
Bulud bir-birini qovub keçirdi.
Elə bil göydəydi dalğalı dəniz,
Qabarıb, çəkilib, sığal çəkirdi.
Şimşəkdə bağrını yarmışdı göyün,
Bilmədim sökürdü, kəhriz çəkirdi?
Kim idi, orada belə ərköyün?
Suyu şırıltıyla yerə tökürdü.
Çəmənlik, gül-çiçək, bütün ağaclar,
Şıltaq uşaqlar tək çimişirdilər.
Budaqdan, budaqa uçan sərçələr,
Elə bil, bu hala gülüşürdülər.
Bu da təbiətin bir gözəlliyi,
Bunu bəxş edənin qüdrətinə bax.
Hikmətin, anlamı, sirr gözəlliyi,
Baş verən hər işin şəfqətinə bax.
Başımı qaldırıb uca səmaya,
Dedim, sənə şükür gözəl İlahi.
Kaş—edib söylədim qoca səmaya,
Belə yuyulaydı insan günahı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







