Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bu gün Brüsseldə AB səfirlərinin təcili iclası keçiriləcək

Məktəblərdə şənbə günü də dərs keçiriləcək? - VACİB AÇIQLAMA

Artıq pəncərələr "tərləməyəcək": Şüşələrə nə sürtmək lazımdır?

Pensiyalardakı artımla bağlı YENİ AÇIQLAMA - Fevral ayından...

Ursula von der Leyen Trampın rüsumlarının transatlantik münasibətləri sarsıdacağını bildirib

Atlantik okeanında zəlzələ oldu

ZARAFAT GƏLMƏSİN SƏNƏ BU DÜNYA

Qar uçqunu beş nəfərin ölümünə səbəb oldu - Avstriyada

Makron Avropanın Trampın rüsum siyasətinə cavab verəcəyini deyib

Azərbaycana soyuq hava dalğası gəlir

Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - Fotolar

“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır” - Tramp

6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi - Fotolar

Bu yolda sürət həddi endirildi

ABŞ İranı hədələdi - “Trampla oyun oynamayın”

Ümüd sonda ölər - FOTO

ÖYRƏT MƏNƏ,MÜƏLLİM! - FOTO

Məktəblilərimizdən beynəlxalq olimpiadada 10 medal - Fotolar

Bu ölkədə Novruz dövlət bayramı elan edildi

“Mançester Yunayted” gərgin derbidə qələbə qazandı

Hakan Fidan İraq və İordaniya nazirləri ilə regiondakı gərginliyi müzakirə edib

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanıldı

Çin elektromobilləri üçün idxal rüsumu endirildi

"Günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqənizə geri dönün!" - Nazirlik xəbərdarlıq etdi

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

"Səkkiz"in kinoteartda nümayişi dayandırıldı

Жуьмшуьд Айдемир : Саламат хьухь,саламат - FOTO

Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031