Turaztv.az » Xəbərlər » Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərlər

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

26.10.2025, 14:50 112
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Oxşar xəbərlər