Vətən müharibəsinin şəhidi Leytenant ƏLİYEV ƏMİRULLA VAHİD oğlunun işıqlı ruhuna anası NAHİDƏ xanımın dilindən

07.10.1996 Şamaxı şəhəri,Suraxanı rayonu
28.09. 2020 Tərtər, Suqovuşan 24 yaş


Şamaxı torpağında dünyaya göz açanım,
Doğan al günəş kimi ömrümə nur saçanım.
Bakıda başlasan da kiçik şairliyinə,
Bu yurdun ab havası işlədi iliyinə.

Əxlaq, səliqə, savad əsas meyarın oldu,
Yazdığın hər bir şeir sənin söz yarın oldu.
Çap olan ilk kitabın oldu duyğu dəstəsi,
Hər sözü, hər misrası şair könlün bəstəsi.

Daim ata, ananın saxlayıb hörmətini,
Sən qazandın hamının rəğbət, məhəbbətini.
İstiqanlı, işgüzar, həm də mehriban balam,
Vətəni qəlbən sevən mərd, əsl insan balam.

Sevimlisi olaraq səni tanıyanların,
Davamçısına döndün igid, qəhrəmanların.
Ali Hərbi Məktəbdə tanıtdırıb özünü,
Leytenant rütbəsiylə tutdun hərbin izini.

Döyüş meydanlarında hünər göstərib hər an,
Sən öz qorxmazlığınla aldın layiqi ad, san.
Sevimli vətəninə xidmətin nümunəvi,
Hər yerdə dost, yoldaşa dəstək oldun mənəvi.

Tərtər, Suqovuşanda ağır xəsarət aldın,
Ən uca zirvə olan şəhidliyə ucaldın.
Bayraq kəfənin oldu, ana torpaq məkanın,
Qanla tarix yazanı oldun dövrün, zamanın.

Torpaqlar alınanda, yurdum zəfər çalanda,
Sənin yaralı ruhun rahatlıq tapdı onda.
Sevincimin səbəbi sən idin bir vaxt, balam,
Artıq hər bir ürəkdə qurmusan bir taxt, balam.

İndi tək mənin deyil, sən vətənin oğlusan,
Qəhrəmanlıq məktəbi, şan, şərəfli yolusan.
Oxuduğun məktəbə sənin adın verilib,
Hər gənc səni özünə layiqli örnək bilib.

Nə qədər körpə arzun yetim qaldı dünyada,
Səni hər çağırışım dönür acı fəryada.
Məni həsrət qoymusan sənli söhbət, sözümə,
Ayağın dəyən hər yer oxtək batır gözümə,

Sənin hər bir kəlməni daim salıram yada,
Bilmirəm sənsiz necə yaşayıram dünyada?!
Şəhidliyin nə qədər qürur versə də mənə,
Dözmək olmur yoxluğun əzablı möhnətinə.

Sənin yoxluğun məni hər gün bir az öldürür,
Məni, ömrümə sənsiz gələn hər yaz öldürür.
Oğul, daşdan boylanan rəsmin sinə dağlayır,
Boyuna həstət anan gecə, gündüz ağlayır.

Baharım, yazım balam,
Şirin avazım balam.
Sənsiz nə çoxum qalıb,
Nə də ki, azım, balam.

Sənsiz həyatım sönüb,
Günüm gecəyə dönüb.
Bəy otağı əvəzi,
Məzarın al bürünüb.

Dolanaram başına,
Qurbanam göz, qaşına,
Oğlum, hər il gəlirik,
Sənsiz sənin yaşına.

Sən ananın gözüsən,
Söhbətisən, sözüsən.
Vətən sənin ürəyin,
Sən vətənin özüsən.

TƏRANƏ MƏFTUN
AYB və Turan Yazarlar Birliyinin üzvü
14.10.2025 21:25 II gün

Son xəbərlər

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031