Xəbərlər
14.10.2025, 21:51
TƏTİK - FOTO
BƏHRUZ MƏMMƏDOV,
publisist
Çiskinli gecələrdə
durna səsi...
Yaxın.
Toxuna biləcəyin qədər yaxın.
Eşidirsənmi?
Səni səsləyirəm,
səsimsə çıxmır.
Baxırsan,
tanımırsan heç sanki məni.
Bu çay nədir aramızda - suyu duru,
susuzluqdan dilim, dodağım qupquru.
Uzadıram əllərimi,
çatmır suya.
Bu nə səsdir?
Yox, ildırım çaxmır axı
mərmi səsi...
müharibə...
Bu nə silahdır əlimdə?
Budur, düşmən lap yaxında...
...işləmir tətik.
Ayrılmır torpaqdan ayaqlarım da.
Boğazım düyünlənib,
çıxmır səsim.
Sən isə hələ də baxırsan...
sakit,
soyuq,
bir az da yad.
Oyanıram...
tər içində.
Hər şey keçdimi? yox...
O baxış,
o susuzluq,
o tətik...
Bu da güzgü.
Üzüm yuxudakı.
Gözlərimsə çayın sahilində.
Gerçək nədir,
yuxu nə?
Səni çağırıram,
yenə səsim çıxmır.
Yenə silah əlimdə.
Ah, bu da tətik...
publisist
Çiskinli gecələrdə
durna səsi...
Yaxın.
Toxuna biləcəyin qədər yaxın.
Eşidirsənmi?
Səni səsləyirəm,
səsimsə çıxmır.
Baxırsan,
tanımırsan heç sanki məni.
Bu çay nədir aramızda - suyu duru,
susuzluqdan dilim, dodağım qupquru.
Uzadıram əllərimi,
çatmır suya.
Bu nə səsdir?
Yox, ildırım çaxmır axı
mərmi səsi...
müharibə...
Bu nə silahdır əlimdə?
Budur, düşmən lap yaxında...
...işləmir tətik.
Ayrılmır torpaqdan ayaqlarım da.
Boğazım düyünlənib,
çıxmır səsim.
Sən isə hələ də baxırsan...
sakit,
soyuq,
bir az da yad.
Oyanıram...
tər içində.
Hər şey keçdimi? yox...
O baxış,
o susuzluq,
o tətik...
Bu da güzgü.
Üzüm yuxudakı.
Gözlərimsə çayın sahilində.
Gerçək nədir,
yuxu nə?
Səni çağırıram,
yenə səsim çıxmır.
Yenə silah əlimdə.
Ah, bu da tətik...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






