Norveçin ədliyyə naziri Astri Os-Hansen bildirib ki, Milad bayramına qədər ictimai yerlərdə üzərində bıçaq və silah gəzdirməyə görə cəzanın artırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edəcək. Onun sözlərinə görə, cəza müddətinin iki dəfə artırılması da mümkündür.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, hazırda bu qayda pozuntusuna görə cərimə və ya bir ilədək həbs, ağır hallarda isə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu qərar silahlı cinayətlərin artması ilə bağlı qəbul edilib. Hökumət, həmçinin, uşaqların cinayət fəaliyyətinə cəlb edilməsinə görə cinayət məsuliyyəti tətbiq etməyi və yeniyetmələrin iştirakı ilə baş verən işlərə baxılma prosedurunu sürətləndirməyi planlaşdırır.

Eyni zamanda, uşaq və ailə məsələləri üzrə nazir Lene Voqslid uşaqların müdafiə sistemində əlavə tədbirlərin görüləcəyini açıqlayıb. Buna səbəb son vaxtlar Oslo və Sarpsborqda 15 yaşdan kiçik yeniyetmələrin silahlı hücumlarda iştirak şübhəsi ilə saxlanılmalarıdır. Onların çoxu uşaq müdafiə orqanlarının himayəsində idi.

Hakimiyyət uşaqların müdafiəsi üzrə müəssisələrin səlahiyyətlərini genişləndirməyi planlaşdırır ki, bu qurumlar müvəqqəti olaraq uşaqların təmaslarını, telefon və internetə çıxışlarını məhdudlaşdıra, həmçinin onların yazışmalarına nəzarət edə bilsin. Tədbirlərin gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.

“Vicdansız cinayətkarlar sosial şəbəkələrdə həssas uşaqları məqsədyönlü şəkildə axtarırlar. Biz onları təhlükədən və cəlb edilmədən qorumağa borcluyuq”, – deyə Voqslid vurğulayıb.

Son xəbərlər

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31