Rusiya qırıcısı qəzaya düşdü
Rusiyanın MiQ-31 qırıcı təyyarəsi Lipetsk vilayətində planlı təlim uçuşundan sonra eniş zamanı qəzaya uğrayıb.
"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ekipaj katapult edə bilib və pilotların həyatı üçün təhlükə yoxdur.