Xəbərlər
4.10.2025, 04:41
ƏLİ VAHİD ÇAYLI : DİQQƏT EDƏK YERƏ DÜŞƏN YARPAĞA - FOTO
Bir zaman baxardı göydən torpağa,
Gəlin dostlar sözü çəkək sınağa.
Diqqət edək yerə düşən yarpağa,
Azğınlığın belə olur sonluğu.
Hörmət vardı vaxtlı,vaxtsız gələnə,
Görməmişdik yetim,yesir dilənə.
Küçələrdə, zibilikdə sülənə.
Kasıblığın belə iymiş sonluğu.
Dəli olan dəlixana bilməzdi,
Ağlayardı, göz yaşını silməzdi.
Bir qarın ac,bir qarın tox, ölməzdi.
Qocalığın bu iydimi sonluğu.
İndi dəli olan,ac olan çoxdu,
Əzəldən tox olan,indi də toxdu.
Ancaq qazilərə iynədi,oxdu,
İnsanlığın belə olur sonluğu.?
Əl+Vahid demə, - kim necə yaşıyır,
Biri yükün, biri çulun daşıyır.
Biri tükün, biri qılın qaşıyır
Azadlığın bu idimi sonluğu.
Bit-birə basıbdı ac-yalavacı,
Yerdən göyə qədər var ehtiyacı.
Axtarır başından satdığı tacı,
Avamlığın belə iymiş sonluğu.
Dəryadan balığ da üzün döndərib,
Ləpələrlə sözün düzün göndərib.
Yaxşı görmək üçün gözün göndərib,
Yaxşılığın belə olur sonluğu.
Allah bizi,biz də onu sevənik,
Qılınc qorxusundan məmur deyənik.
Haramı halala qatıb yeyənik,
Dərk etmirik ağ bezdən donluğu,
Müsəlmançılığın budur sonluğu.
Gəlin dostlar sözü çəkək sınağa.
Diqqət edək yerə düşən yarpağa,
Azğınlığın belə olur sonluğu.
Hörmət vardı vaxtlı,vaxtsız gələnə,
Görməmişdik yetim,yesir dilənə.
Küçələrdə, zibilikdə sülənə.
Kasıblığın belə iymiş sonluğu.
Dəli olan dəlixana bilməzdi,
Ağlayardı, göz yaşını silməzdi.
Bir qarın ac,bir qarın tox, ölməzdi.
Qocalığın bu iydimi sonluğu.
İndi dəli olan,ac olan çoxdu,
Əzəldən tox olan,indi də toxdu.
Ancaq qazilərə iynədi,oxdu,
İnsanlığın belə olur sonluğu.?
Əl+Vahid demə, - kim necə yaşıyır,
Biri yükün, biri çulun daşıyır.
Biri tükün, biri qılın qaşıyır
Azadlığın bu idimi sonluğu.
Bit-birə basıbdı ac-yalavacı,
Yerdən göyə qədər var ehtiyacı.
Axtarır başından satdığı tacı,
Avamlığın belə iymiş sonluğu.
Dəryadan balığ da üzün döndərib,
Ləpələrlə sözün düzün göndərib.
Yaxşı görmək üçün gözün göndərib,
Yaxşılığın belə olur sonluğu.
Allah bizi,biz də onu sevənik,
Qılınc qorxusundan məmur deyənik.
Haramı halala qatıb yeyənik,
Dərk etmirik ağ bezdən donluğu,
Müsəlmançılığın budur sonluğu.
Bakı.ş.
04.10.25.
04.10.25.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











