Azərbaycan hüquq elminin daha bir tanınmış simasının elmi fəaliyyəti nüfuzlu beynəlxalq təşkilat tərəfindən yüksək dəyərləndirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru professor İsaxan Vəliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə qurumun həqiqi üzvü – akademiki seçilib. O, eyni zamanda, türk dünyasında hüquq elmi və təhsilinə göstərdiyi xidmətlərinə görə “Qızıl Ulduz” medalı ilə təltif edilib.

Qeyd edək ki, prosessor İsaxan Vəliyev 170-dən artıq elmi əsərin, 4 monoqrafiyanın, 4 dərs vəsaitinin və 2 dərsliyin müəllifidir. Tanınmış alim hüquq elminin inkişafındakı böyük xidmətlərimə görə bir sıra mükafatlara, o cümlədən, Milli Elmlər Akademiyası Prezidentinin fəxri fərmanlarına, Avropa nəşr mətbuat evinin qızıl, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının gümüş, İtaliyanın Kafoskari Universitetinin xatirə medalına layiq görülüb.

Beynəlxalq Kriminalistlər və Kriminoloqlar Cəmiyyətinin Bakı nümayəndəliyinin rəhbəri, Fransadakı Sofiya Antipolis Universitetinin fəxri doktoru olan tanınmış alim türk dünyası ölkələrində təşkil edilən müxtəlif beynəlxalq elmi konfrans və simpozumlarda iştirak edib. O, həmçinin hazırda qüvvədə olan “Türk Cəza Qanunu”nun Azərbaycan dilinə tərcüməsinin elmi redaktorudur.

Professor İsaxan Vəliyevin “Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" adlı elmi monoqrafiyası Qazaxıstan Respublikasında böyük rəğbətlə qarşılanıb və elmi ədəbiyyat kimi istifadə olunur.

Alimin 2019-cu ildə nəşr edilən və Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə ithaf olunan “Sabitlik və rifah naminə siyasət” kitabında bir sıra mühüm məsələlərlə yanaşı, türk dünyası ilə bağlı ictimai-siyasi proseslər, Türkdilli Dövlətlər Təşkilatının gələcək inkişaf perspektivləri geniş işıqlandırılıb. İsaxan Vəliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ailə hüququ” dərsliyində isə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin qanunvericiliklərinin müqayisəli təhlilinə yer ayrılıb.

Son xəbərlər

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31