
Xəbərlər
2.09.2025, 01:11
GÜLNARƏ MƏHƏMMƏDQIZI : BİR NƏFƏSİK İÇİNDƏ - FOTO
Gəl, bu şamı yandıraq,
Qaranlığın küncündə.
Bu, od deyil — qorxma sən,
Bir nəfəsik içində.
Sevgimizi bəxş edək,
Gəl, dünyaya nəqş edək.
Bir can verib şəxs edək,
Bir əvəzik içində.
Bəlkə mənzilə çatdıq,
Ümidli yollar tapdıq,
Ömrə izimizi saldıq —
Bir gəzərik içində.
Sənlə mən — bir yol,bir iz,
Mavi ləpəli dəniz.
Günəş də doğmur sənsiz —
Bir özəlik içində.
Gör, necə dolur gecə,
Ay ulduzla iç-içə,
Bəxtimiz düşüb bürcə —
Bir yüz illik içində
Qaranlığın küncündə.
Bu, od deyil — qorxma sən,
Bir nəfəsik içində.
Sevgimizi bəxş edək,
Gəl, dünyaya nəqş edək.
Bir can verib şəxs edək,
Bir əvəzik içində.
Bəlkə mənzilə çatdıq,
Ümidli yollar tapdıq,
Ömrə izimizi saldıq —
Bir gəzərik içində.
Sənlə mən — bir yol,bir iz,
Mavi ləpəli dəniz.
Günəş də doğmur sənsiz —
Bir özəlik içində.
Gör, necə dolur gecə,
Ay ulduzla iç-içə,
Bəxtimiz düşüb bürcə —
Bir yüz illik içində
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



