
Xəbərlər
27.08.2025, 01:28
"Qaz" Ərazi Partiya Təşkilatında YAP Qobustan rayon təşkilatının "Konstitusiya və Suverenlik ili " çərçivəsində tədbiri keçirilmişdir. FOTOLAR
"Qaz" Ərazi Partiya Təşkilatında YAP Qobustan rayon təşkilatının "Konstitusiya və Suverenlik ili " çərçivəsində tədbiri keçirilmişdir.
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə YAP Qobustan rayon təşkilatının sədri geniş məruzə ilə çıxış etmişdir.Məruzə ətrafında
"Qaz" Ərazi Partiya Təşkilatının sədri Kamran Babaşov çıxış etmişdir.
Sonra Ərazi Partiya Təşkilatının fəal üzvlərindən Elçin Atakişiyevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərman təqdim olunmuşdur.
Sonda YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, sağlam, uzun ömür, dövlətimizin qüdrətlənməsi naminə göstərdiyi çoxşaxəli fəaliyyətində böyük uğurlar arzulamışdır.
Qasım Qasımov
YAP Qobustan rayon təşkilatının sədri
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






















