Avstraliyada süni intellekt texnologiyaları tibbi görüntü analizində yeni mərhələyə qədəm qoyur. Avstraliya Elektron Sağlamlıq Tədqiqat Mərkəzinin (AEHRC) alimləri vizual dil modellərindən (VLM) istifadə edərək rentgen görüntülərinin şərhində inqilabi dəyişikliklər üzərində çalışırlar.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, layihənin rəhbərlərindən biri, tədqiqatçı Aaron Nikolson komandasının, xüsusilə döş qəfəsi rentgenoqrafiyası üzərində fokuslandığını bildirib. Bu müayinə ürək və tənəffüs xəstəliklərinin diaqnozunda, ağciyər xərçəngi skrininqində, həmçinin tibbi cihazların yerləşdirilməsinin yoxlanmasında geniş istifadə olunur. Lakin Avstraliyada radioloq çatışmazlığı səbəbindən bu sahədə iş yükü getdikcə artır. Yeni hazırlanan VLM modeli rentgen şəkilləri və xəstə haqqında tibbi məlumatlar əsasında avtomatik radioloji hesabatlar tərtib edir. Modellərin təlim prosesi yüzlərlə və minlərlə nümunə üzərində aparılır və əlavə olaraq təcili yardım şöbəsindən xəstənin klinik qeydlərinin verilməsi hesabatların dəqiqliyini artırıb. Tədqiqatçılar texnologiyanın kliniki sınaqlar üçün yetərli səviyyəyə çatdırılmasını hədəfləyirlər. Hazırda Brisben şəhərindəki Princess Alexandra Xəstəxanasında pilot sınaqlar aparılır və süni intellekt tərəfindən yaradılmış hesabatlar insan radioloqlarının işləri ilə müqayisə olunur. AEHRC, eyni zamanda, tibbi sənədlərin görüntü formatında emalını araşdırır. Bunun məlumat çıxarılmasında daha səmərəli nəticə verdiyi qeyd olunur. Tədqiqatçılar etik məsələlərə xüsusi diqqət yetirərək texnologiyanın bütün demoqrafik qruplar üçün effektiv olmasını təmin etməyə çalışırlar.

Mütəxəssislər vurğulayırlar ki, bu texnologiya həkimləri əvəz etmək məqsədi daşımır və klinik qərarlarda son söz həmişə insan radioloqa məxsus olacaq.

Son xəbərlər

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31