Azərbaycanda gömrük sistemində çalışan bəzi əməkdaşlar, illərlə xidmət göstərmələrinə baxmayaraq, xüsusi rütbə ilə təmin olunmurlar. Bu isə qanunvericiliyin açıq şəkildə pozulması, əmək hüquqlarının məhdudlaşdırılması və ikili standartla yanaşma deməkdir.
Məsələn, “Azərterminalkompleks” Birliyində illərlə inspektor vəzifəsində fəaliyyət göstərmələrinə baxmayaraq, hələ də xüsusi rütbə ilə təmin edilməyən əməkdaşlar var. Halbuki, eyni statusda çalışan və daha az stajı olan əməkdaşlara ilkin rütbələr verilib. Bəs bu məsələyə hüquqi yanaşma necə olmalıdır?
Qanunvericiliyə görə, inspektor vəzifədəsində 6 aydan artıq rütbəsiz çalışmaq yolverilməzdir. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməməli, hər bir əməkdaş eyni şərtlərlə bərabər hüquqa malik olmalıdır. Bu prinsip pozularsa hüquqi məsuliyyət yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə,heç kəs yaşına, vəzifəsinə və digər sosial statusuna görə hüquq və azadlıqlardan məhrum edilə bilməz.

Sual olunur, bəs bu işçilərə niyə ayrı-seçkiliklə yanaşılır? Bu sual gömrük sistemində işə qəbulun və vəzifədə irəliləyişin nə qədər şəffaf olub-olmamasını şübhə altına alır.
Digər bir problem isə xidmət illərinə uyğun rütbələrin verilməməsi ilə bağlıdır. Apaşdırmamıza görə, bu qurumda əməkdaşların xidmət illəri nəzərə alınmadan avtomatik olaraq ən aşağı rütbələr verilir.
Bu isə əməkdaşların illərlə göstərdiyi xidmətin qanunla tanınmaması deməkdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 33-cü maddəsinə görə, gecikmiş xüsusi rütbələr əməkdaşın keçmiş xidmət müddətinə uyğun verilir.
Ümid edirik ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi tezliklə “Azərterminalkompleks” Birliyində bir sıra əməkdaşların pozulmuş statusları və hüquqlarını bərpa edəcək, ikili yanaşmaya son qoyacaq. Çünki, bu onların deyil, sistem boşluğunun nəticəsidir.

"ictimaixeber.az"

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31