Bu şəxslər erkən pensiyaya çıxacaq
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda 5 və daha çox uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.
Başqa sözlə, hazırda qüvvədə olan qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

APA

Son xəbərlər

Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb - FOTOLAR

Dəyərlimiz Sadiq Qurbanovu hamı sevir,çün ki,hamının yanında üzüağ, alnıaçıqdır - FOTO

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə

Nilüferin qızı evləndi - Fotolar

MƏN BORÇALI TÜRKÜYƏM

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb

“Daha bir qol vurmaq istəyirdik” - Dambrauskas

Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir

"Fənərbaxça" Meyson Qrinvudla 4 illik müqavilə imzalayıb

İran XİN: Limanlarımızın blokadasının bərpası ABŞ ilə razılaşmanı pozur

Haluk Leventin qumarxanadakı görüntüləri yayıldı - FOTOLAR

Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR

İspaniya finala vəsiqə qazandı

Ucar sakini Qazaxıstanda yol qəzasında öldü

"Telegram"dan yenilik

QƏLƏMİNƏ SADİQ QALAN JURNALİST, SÖZÜNƏ SƏDAQƏTLİ ŞAİR...

"Kəlağayım millidir, butalıdır, güllüdür" – milli irsimizin qorunmasına çağırış - FOTOLAR

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Göygöl rayonunda növbəti tədbir keçiriləcək.

MƏMMƏD QƏDİR : Uşaqları qoru İlahi - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031