Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə barədə dünən günorta saatlarında xəbər tutduq. Təsəvvürə belə sığmayan bu vəhşilik və zorakılıq aktları nəinki hüquq-mühafizə orqanlarına, hətta ən radikal terror təşkilatlarına belə yaraşmaz. Gecə saatlarında qardaşlarımızın yaşadığı mənzilə xüsusi əməliyyat görüntüsü altında hücum olunub, qapılar zorla sındırılaraq evlərə daxil olunub. Ailə üzvlərinin gözü qarşısında kobud zorakılıq göstərilib, telefonlar əllərindən alınıb, saxlanılanların hara aparıldığı barədə heç bir məlumat verilməyib.

Rusiya mediasının rəsmi mənbələrinə istinadən yayılan xəbərlərə görə, 50-yə yaxın azərbaycanlı küçələrdən, evlərdən və iş yerlərindən toplanaraq ağır fiziki işgəncələrə məruz qoyulub. Onlara elektrik cərəyanı verildiyi, müxtəlif yollarla dözülməz təzyiqlərə məruz qaldıqları bildirilir. Qısa müddət ərzində bu zorakılıqlardan bir neçə nəfərin həyatını itirdiyi deyilir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə mediaya açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli bildirib.

Qardaşlarının ötən əsrin 90-cı illərində Azərbaycanda yaranan iqtisadi çətinliklərlə əlaqədar Rusiyaya üz tutuqlarını deyən jurnalist əlavə edib: “Vəhşicəsinə qətlə yetirilən qardaşım Ziyəddin Səfərovun 55 yaşı var idi. O, 1988-ci ildə Yekaterinburqa təhsil almaq məqsədilə getmişdi. Ardınca digər qohumlarımız da həmin şəhərə üz tutdular və zamanla orada məskunlaşdılar. Beləliklə, Yekaterinburqda xalqımızın vətənpərvər övladlarından ibarət güclü bir diaspor formalaşdı. Onlar yaşadıqları ölkənin qanunlarına ciddi şəkildə əməl edən, nümunəvi davranışları ilə seçilən vətəndaşlar idilər”.

Seyfəddin Hüseynlinin sözlərinə görə, təhsil almaq üçün Yekaterinburqa yollanan Ziyəddin Səfərovun ardınca digər qardaşları da həmin şəhərə köç ediblər. Onlardan biri ixtisasca həkim olsa da, həyat şəraitinə uyğun olaraq öz peşəsindən uzaq düşüb, digəri isə rus dili müəllimi kimi fəaliyyət göstərib. Seyfəddin deyir: “Daha bir qardaşım Hüseyn vəhşicəsinə qətlə yetirilib. Taleyin ironiyasına bax ki, rus dili tədris edən qardaşım Bakir Səfərov Rusiyada cinayətkar basqın nəticəsində ağır işgəncələrə məruz qalıb. Onlar 55 və daha yuxarı yaşda, həyat təcrübəsi olan, yetkin insanlar idi. Belə yaşda insanlara qarşı bu cür vəhşilik törətmək nə hüquqa, nə insafa, nə də insanlığa sığır. Bu, təkcə bir ailəyə yox, bütövlükdə Azərbaycan diasporuna, xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir”.

Hər gün qardaşları ilə əlaqə saxlayıb hal-əhval tutduğunu, güzəranları ilə maraqlandığını bildirən jurnalist qeyd edib: “Onlar da buradakı qohumlarımızın vəziyyəti, yaşayış şəraiti, dolanışıqları barədə maraqlanırdılar. Axırıncı dəfə iyunun 25-də axşam saatlarında danışdıq. Bir-birimizə xeyirli gecə arzulayıb sağollaşdıq. İyunun 27-də isə bu dəhşətli və sarsıdıcı xəbər gəldi... Mən indiyədək Yekaterinburqda olmamışam, amma bu baş verənlər, sadəcə, bizim ailənin yox, bütövlükdə xalqımızın faciəsidir. Bu, Azərbaycan xalqına qarşı yönəlmiş bir terror aktıdır. İşgəncəyə və təzyiqlərə məruz qalan soydaşlarımızın bir qismi hazırda ağır vəziyyətdə xəstəxanadadır. Açığını deyim ki, onların taleyi məni çox ciddi şəkildə narahat edir. Aldığımız məlumatlar onların sağlamlıq durumu ilə bağlı nikbinliyə heç bir əsas vermir. Bu cinayətin sifarişçiləri, səbəbkarları, günahkarları və icraçıları Rusiya hökuməti tərəfindən müəyyənləşdirilib qanun qarşısında cavab verməlidirlər. Mən Yekaterinburqda və ümumilikdə Rusiyada yaşayan soydaşlarımızın üzərində Azərbaycan dövlətinin qayğısını və himayəsini hiss edirəm. Bu ağır məqamda bir daha əmin oldum ki, dövlətimiz bizi sahibsiz buraxmır. Amma bir daha vurğulayıram: orada 100 minlərlə azərbaycanlı yaşayır və onlar hər zaman Azərbaycan hökumətinin dəstəyini hiss etməlidirlər. Onların taleyi ilə heç kim bu şəkildə oynamamalıdır”.

Son xəbərlər

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31