Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan hüquqları üzrə müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.

Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.

Müraciətdə, həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

Son xəbərlər

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31